Şirkət: “VMF” Şirkəti
Vəzifə: Korporativ Satış Meneceri
İş yeri: Bakı
İş qrafiki: 6 günlük
Əmək haqqı: 700-900
1. Vəzfiləri:
1.1. Bütün kommersiya proseslərini, Şirkətin ümumi potensialını araşdırılması və qiymətləndirilməsi;
1.2. Şirkətin inkişafının effektiv strateqiyasının hazırlanması və daim genişləndirilməsi;
1.3. Şirkətin məhsullarının topdan və korporativ satışının irəlləməsi üçün digər zəruri öhdəliklərinin həyata keçirilməsi;
1.4. Şirkətin ticarət markalarının və brendlərinin formalaşdırılmasına dair mütamadi olaraq təkliflərin verilməsi;
1.5. Malların potensial alıcılarının (vasitəçilərinin, ticarət təşkilatlarının, biznes qurumların, fiziki şəxslərin və s.) müəyyən edilməsi və gələcək satış üçün işgüzar əlaqələrin yaradılması;
1.6. Şirkətdə satış üçün nəzərdə tutulan məhsullar barədə istehlakçıların rəyinin öyrənilməsi, rəqabət və keyfiyyətinin yaxşılaşdırılması üçün təkliflərin hazırlanması;
1.7. Kütləvi informasiya vasitələrində reklam tədbirlərin həyata keçirilməsi strategiyasının hazırlanmasında təkliflərin verilməsi.
1.8. Şirkət üzrə satışının və ümumi dövriyyənin stimullaşdırılması eləcə də əldə edilən gəlirin artırılması istiqamətində təkliflərin irəli yürüdülməsi.
1.9. Mütəmadi olaraq görülən və planlaşdırılan işlər barədə Satış Departamenti direktoruna hesabat verilməsi;
1.10. Şirkətin təmsil etdiyi brendlərin keyfiyyətli və vaxtlı-vaxtında korparativ müştərilərə təmin olunmasına nəzarət edilməsi;
1.11. Sifariş edilən brend məhsullarının sifarişə uyğun sayda, keyfiyyətdə və razılaşdırılmış müddətdə müştəriyə və ya Sifarişçi şirkətə çatdırılması;
1.12. B2B menecerinin sifarişi əsasında Marketing Xidmətinə tapşırılan iş öhdəliklərinin keyfiyyətli və vaxtında həyata keçirilməsinə nəzərət edilməsi.
1.13. Şirkətin digər quruluş bölmələri ilə birlikdə qiymətlər siyasətinin qurulmasında və qiymət cədvəllərinin hazırlanmasında iştirak etmək;
1.14. Şirkətin satış sahəsində müştərilərə ediləcək güzəştlər və digər xidmətlər barədə mütəmadi olaraq təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək;
2. Vəzifə tələbləri:
2.1 Təhsil: Ali – İdarəetmə, Biznesin idarə edilməsi
2.2 İş stajı: Minimum 3 il, Satış sahəsi üzrə
2.3 Dil biliyi: Azərbaycan, Rus, İngilis Səviyyə: Əla
2.4 Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook) Səviyyə: Əla
2.5 Digər tələblər: İdarəçilikvə Satış qabiliyyətlərinə malik olmalı.
Müracət və seçim qaydaları:
Maraqlananlar müraciət formalarını CV (resume) [email protected] və [email protected] ünvanlarına göndərə bilərlər.
Email göndərərkən Mövzu (Korporativ Satış Meneceri) qrafasında müraciət olunan vakansiyanı qeyd edən namizədlər nəzərə alınacaq.
Əks halda ərizəniz natamam kimi qimyətləndiriləcək və baxılmayacaq.