Aqro Servis Müdiri

İşin təsviri

Gilan Kənd Təsərrüfatı Qrupu, Qrupun ən vacib fəaliyyət sahəsi Aqro Servis üçün maşınların, avadanlığın və ehtiyat hissələri idarəedilməsi, anbarlanması, bölüşdürülməsi üzrə Aqro Servis Müdirini öz komandasına dəvət edir.

Vəzifə öhdəlikləri:

• Bütün texnika, maşın və avadanlıqların idarə edilməsi sisteminin qurulması ( GPS )
• Qabaqcıl istehsal texnikalarının həyata keçirilməsi və inkişaf sahələrinin müəyyən edilməsi;
• Texniki xidmət prosedurlarının gücləndirilməsi və həyata keçirilməsini təmin edilməsi;
• Problemləri müəyyən etmək və həll etmək üçün hədəflərin müəyyən edilməsi;
• İşçi heyətində iş bölgüsünün müəyyənləşdirilməsi və nəzarət edilməsi;
• Lazım olduqdada avadanlıq inventarizasiyasının izlənməsi və sifarişlərin verilməsi;
• Xərclərin izlənməsi və büdcəyə nəzarət edilməsi;
• Podratçılarla və xidmət təminatçıları ilə əlaqələrin idarə edilməsi;
• Xidmət haqda gündəliklərin tutulması və gündəlik fəaliyyətlərin hesabatının verilməsi;
• Dövlət orqanları və kredit təşkilatları ilə qarşılıqlı əlaqələrin qurulması;
• Vəsaitlərin vaxtında alınmasına nəzarət edilməsi, və rəhbərliyə hesabat verilməsi;
• Keyfiyyətli istehsal standartlarına uyğunluğun təmin edilməsi;
• Layihənin hədəf və maliyyə göstəricilərinin təmin edilməsi;
• İşçi heyətinin koordinasiyası, şirkət qaydalarına uyğunlaşmasının təmin edilməsi.
• Sağlamlıq və təhlükəsizlik qaydalarına riayət olunmasının təmin ediməsi.

Tələblər:

• Ali təhsil
• Aqroservis və ya maşın texniki xidmət sahəsində peşəkar 5 il iş təcrübənin olması,
• Texniki əməliyyatlarının planlaşdırılması sahəsində təcrübənin olması;
• Təsisat maşınları və avadanlıqları, xüsusilə də kənd təsərrüfatı maşınları sahəsində məlumatın olması;
• Fəaliyyəti təqib etmə və hesabat vermək bacarığının olması;
• İstehsal, əkin və saxlama texnologiyası, təhlükəsizlik ehtiyacları üçün texniki şərtlər haqqına məlumatın olması;
• İstehsal avadanlıq və texniki əməliyyat qaydaları haqqında məlumatın olması;
• İş və şəxsi keyfiyyətlər: məsuliyyət, dürüstlük, nəticələrə fokuslanma, təşkilati və ünsiyyət bacarıqlarının yüksək olması. Aktiv iş;
• İngilis və ya rus dilini bilmək tələb olunur

Bu vakansiyaya müraciət etmək üçün aşağıdakı linkə daxil olun: http://hr.gilanholding.com/v/3613#