Böyük Aşpaz (Sous Chef)

İşin təsviri

VƏZİFƏ: Böyük Aşpaz (Sous Chef), Intourist Hotel Baku, Autograph Collection 

Şəhərin mərkəzində, Xəzər dənizi ilə haşiyələnən və milli park kimi tanınan Bulvara dəniz mənzərəli bu butik otel 150 qonaq otaqları və suitlərini öz qonaqlarına təklif edir. Əsas turistik obyektlərə yaxınlığı, oteli şəhər mərkəzi ilə sıx əlaqələndirir.

İşin Əhatə Dairəsi və Ümumi Məqsədi:

Büdcə çərçivəsində fəaliyyət göstərərək qonaqların məmnunluğuna nail olmaq və iaşə obyektinin maliyyə uğurunu təmin etməklə, iaşə obyektinin əməliyyat konsepsiyasına müvafiq olaraq təyin edilmiş mətbəxin müstəqil gəlir gətirən mərkəz kimi idarə edilməsində baş aşbaza kömək etmək.

İş öhdəlikləri:

• İaşə obyektinin fəaliyyəti, bazar və arzu edilən biznes hədəfləri üçün müvafiq olan menyuların işlənib hazırlanmasına kömək etmək.
• İaşə obyekti mətbəxinin daxili əməliyyatlara dair təlimatlarının tərtib edilməsi və yenilənməsinə kömək etmək.
• Baş aşbazın köməkçisi iş başında olmadıqda, müntəzəm hesabat görüşləri və iş növbəsindən əvvəl brifinqlər keçirmək, onların effektiv olması və zəruri hallarda keçirilməsini təmin etmək.
• Baş aşbaz iş başında olmadıqda, plana uyğun olaraq, həftəlik Restoran xidməti və şöbə rəhbərlərinin iclaslarında iştirak etmək.
• Qonaqlarla ünsiyyətdə olan bütün mətbəx işçilərinin hər zaman müştərilərə eksklüziv xidmətlər təqdim etmələrini təmin etmək.
• Standart reseptlərin işlənib hazırlanması, yazılması, sınaqdan keçirilməsi, yenilənməsi və yerinə yetirilməsinə kömək etmək.
• Xərclərin effektiv şəkildə idarə edilməsinə kömək etmək.
• Təsdiqlənmiş menyunun davamlı şəkildə icrasını təmin etmək, hər bir məmulatın hazırlanması və təqdim edilməsi üçün əməkdaşlara zəruri bilikləri öyrətməklə, iaşə obyekti üçün kulinariya standartlarını müəyyən etməkdə köməklik göstərmək.
• Müvafiq təlimlər, maarifləndirmə və / ya hamilik yolu ilə kulinariya işçilərinin bilik və bacarıqlarını inkişaf etdirməklə, onların məhsuldarlığını maksimuma qaldırmaq.
• Mətbəx əməkdaşları üçün həftəlik iş qrafiklərini tərtib edilməsi və dərc edilməsinə kömək etmək, onların biznes ehtiyacları və digər əsas icra göstəricilərini əks etdirdiyinə əmin olmaq.
• Çevik olmaq və iş səlahiyyətləri çərçivəsində verilən göstərişlərə əsasən, digər müvafiq öhdəlik və vəzifələri yerinə yetirmək üçün öz vəzifə öhdəliklərini genişləndirmək, o cümlədən tələb olunduğu hallarda, digər şöbələrə və sahələrə keçmək, biznes ehtiyacları və qonaqlara xidmətlərin göstərilməsi ilə bağlı tələblərə cavab vermək.

İxtisas və Təcrübə

• Kollec və ya Kulinariya təhsili.
• Qida sağlamlıq üzrə beynalxalq səvəyyədə təstig olunmuş sertifikatı
• 5 ulduzlu oteldə ən azı 4 il iş təcrübəsi
• 5 ulduzlu oteldə müvafiq vəzifədə ən azı 2 il iş təcrübəsi
• 30 əməkdaşın idarə edilməsi

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Böyük Aşpaz” qeyd edərək CV-lərinizi 31 Dekabr 2016-cı il tarixinə kimi elektron ünvanına  [email protected] göndərməyiniz xahiş olunur.

Intourist Hotel Baku, Autograph Collection tərəfindən digər vakansiyalar