Araşdırma və Tədqiqatlar şöbəsinin Assistenti

  • Dərs Evi
  • Elanın qoyulma tarixi: 09.11.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin adı: Araşdırma və Tədqiqatlar şöbəsinin Assistenti

Yerləşmə: Bakı, Azərbaycan

Tələblərimiz:

• Ali təhsil;
• Təhsil sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcək;
• Əla yazılı və şifahi ünsiyyət bacarıqları;
• Mükəmməl Azərbaycan və rus dili bilikləri, yaxşı ingilis dili bacarığı;
• Azərbaycan və rus dillərində mətn ilə peşəkar işləmək bacarığı; 
• Microsoft Office proqramlarından istifadə bacarıqları;
• Dəqiqlik, punktuallıq və stress şəraitində işləmək bacarığı.

Əsas öhdəliklər:

• Araşdırma və tədqiqatlar şöbəsi tərəfindən hazırlanmış tədris materiallarının Tədris şöbəsinə ötürülməsi;
• Kurslar çərçivəsində hər bir dərs üçün zəruri olan tədris materiallarının qeydiyyatının aparılması;
• Tədris materiallarının müəllimlərə və şagirdlərə təyin edilmilş formada çatdırılması;
• Materialların ötürülməsi prosedurlarının hazırlanması;
• Materialların ötürülməsi haqqında mütəmadi hesabatların hazırlanması;
• Tədris materiallarının və Dərs Evi nəşrlərinin azərbaycan və rus dillərində redaktə edilməsi;
• Redaktə zamanı sənədlərin tərtibatında olan nöqsanların aradan qaldırılması və ilkin səhifələmənin yerinə yetirilməsi;
• Tədqiqat və araşdırmalar şöbəsi çərçivəsində həyata keçirilən digər inzibati məsələlər.

Əlaqə üçün məlumat:

Maraqlanan namizədlər vakansiyanın adını qeyd etməklə CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi