Satış üzrə Mütəxəssis

  • Debet Uniform
  • Elanın qoyulma tarixi: 22.08.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Satış üzrə Mütəxəssis

Vəzifələr

Satış və marketinq şöbəsinin müdirinin tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirmək;
Gələn müştəriləri qarşılamaq və onların verdikləri sifarişləri qəbul etmək;   
Nəzərdə tutulan malların sərgi salonunda mövcudluğunu yoxlamaq;     
Müştərilər üçün geyimlərin qiymət təkliflərini hazırlamaq;                                
Sifarişə uyğun sənədlərin (müqavilə, hesab-faktura, qaimə-faktura, elektron-vergi hesab-faktura) hazırlanması üçün ümumi işlər üzrə mütəxəssisə və maliyə şöbəsinə sorğu göndərmək;   
Sifarişlərin məlumat bazasına daxil edilməsi, onların nəzarətdə saxlanılması və izlənilməsi;      
Malların sifarişçiyə çatdırılması işinin təşkil edilməsi;
Sifariş vaxtı müştərilərlə məsləhət işləri aparmaq, müştərilərin sifariş etmək istədikləri geyimlərin tətbiq ediləcəyi sahəni müəyyənləşdirmək, bu sahə üzrə müştərilərin sifariş edəcəyi geyimlərin təyinatı, onların istifadə və saxlama qaydaları haqqında məsləhət vermək;                                                                    
MMC-nin təqdim etdiyi bütün malların xüsusiyyətləri və qiymətləri haqqında məlumatlı olmaq;

Namizədə tələblər:

Yaş həddi 23-36
Cinsi Kişi
Təhsil Ali (müvafiq sahədə olması arzuolunandır);
İş təcrübəsi arzuolunandır.
Dil bilikləri Azərbaycan və rus dili əla, ingilis dili yaxşı səviyyədə bilməlidir.
Xüsusi biliklər MS Office proqramları

Şərtlər:

Əmək haqqı 600-900 AZN                                                                                        

CV-lərinizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur.