Satış üzrə mütəxəssis

  • Debet Uniform
  • Elanın qoyulma tarixi: 16.04.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Satış üzrə mütəxəssis

Vəzifələr

Satış və marketinq şöbəsinin müdirinin tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirmək;
Gələn müştəriləri qarşılamaq və onların verdikləri sifarişləri qəbul etmək;   
Nəzərdə tutulan malların sərgi salonunda mövcudluğunu yoxlamaq;
Müştərilər üçün geyimlərin qiymət təkliflərini hazırlamaq;                                
Sifarişə uyğun sənədlərin (müqavilə, hesab-faktura, qaimə-faktura, elektron-vergi hesab-faktura) hazırlanması üçün ümumi işlər üzrə mütəxəssisə və maliyə şöbəsinə sorğu göndərmək;
Sifarişlərin məlumat bazasına daxil edilməsi, onların nəzarətdə saxlanılması və izlənilməsi;                 
Malların sifarişçiyə çatdırılması işinin təşkil edilməsi;
Sifariş vaxtı müştərilərlə məsləhət işləri aparmaq, müştərilərin sifariş etmək istədikləri geyimlərin tətbiq ediləcəyi sahəni müəyyənləşdirmək, bu sahə üzrə müştərilərin sifariş edəcəyi geyimlərin təyinatı, onların istifadə və saxlama qaydaları haqqında məsləhət vermək;
MMC-nin təqdim etdiyi bütün malların xüsusiyyətləri və qiymətləri haqqında məlumatlı olmaq;

Namizədə tələblər:

Yaş həddi 22-38
Cinsi Kişi/qadın
Təhsil Ali (müvafiq sahədə olması arzuolunandır);
İş təcrübəsi Bu sahədə 1 il iş təcrübəsi olmalıdır.
Dil bilikləri Azərbaycan , rus və ingilis dillərini əla səviyyədə bilməlidir.
Xüsusi biliklər MS Office və 1C proqramı

Şərtlər:

Əmək haqqı razılaşma ilə (minimum 600 manat) 

CV-lərinizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur.