Satınalma üzrə mütəxəssis

  • Debet Uniform
  • Elanın qoyulma tarixi: 06.10.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Satınalma üzrə mütəxəssis

Vəzifələr

Şirkətin biznes fəaliyyəti üçün lazım olan mal və materialların alınması;     
Alınmış mal və materialların yük daşıyan (nəqliyyatçı) şirkətə verilməsinin nəzarətdə saxlanılması;
Alınmış mal və materialların sənədlərinin yoxlanılması;                              
Malsatan şirkətlərlə işgüzar münasibətlərin qurulması, qiymət danışıqlarının aparılması;
Bazarda olan yeni mallar və malsatan şirkətlər haqqında məlumatların toplanması, onların təhlil edilməsi və qiymətləndirilməsi;
Malsatan şirkətlərin göstərdikləri xidmətin, satdıqları mal və materialların keyfiyyətinin qiymətləndirilməsi, etibarlı malsatan şirkətlərin müəyyənləşdirilməsi və onların siyahısının tutulması;            
Şirkətin anbarında olan mal və materialların miqdarının təhlil olunması, çatışmayan və ya sayı azalan mal və materialların müəyyənləşdirilməsi;
Yeni mal və materiallar alınmamışdan qabaq, onların nümunələrinin alınması, təhlili, nümunələrə əsasən mal və materialların keyfiyyəti barədə qərarın qəbul olunması;                                                       
Anbarda olan bütün mal və materialların təhlil olunması, istifadə müddəti bitmiş, bitməkdə olan və ya qüsurlu malların idarə olunması.

Namizədə tələblər:

Yaş həddi 25-35
Cinsi Kişi
Təhsil Ali (müvafiq sahədə olması arzuolunandır);
İş təcrübəsi Bu sahədə 1-3 il iş təcrübəsi olmalıdır.
Dil bilikləri Azərbaycan və ingilis dillərini bilməlidir.
Xüsusi biliklər MS Office proqramları

Şərtlər:

Əmək haqqı 500 manat                                                                                         

CV-lərinizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur.