Kommersiya və təchizat analitiki

  • AvirTel
  • Elanın qoyulma tarixi: 26.03.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Kommersiya və təchizat analitiki

• Məlumat bazası əsasında kommersiya hesabatı hazırlamaq;
• Daimi kommersiya analizi apararaq maliyyə, marketinq və satış komandalarının fəaliyyətinə dəstək olmaq;
• Kampaniyanın hədəfini təyin edərək həyata keçirilmə prosesinə dəstək olmaq, kampaniyaların təsirini ölçərək müvafiq hesabatlar hazırlamaq
• Müştəri bazasının seqmentasiyası: öncədən və sonradan ödəniş, mikro və makro seqmentasiya monitorinqi;
• Müştərinin öncədən və sonradan ödənişlərini təhlil etmək; xidmətdən imtina edənləri davamlı olaraq monitorinq etmək və araşdırmaq, ;
• Maliyyə və statistik hesabatları vaxtı-vaxtında hazırlamaq
• Billing-də proseslərin təkmilləşdirilməsi barəsində təkliflər irəli sürmək;
• Yerli və xarici bazarda istehsalçı və təchizatçı şirkətlərlə əlaqələr yaratmaq;
• Təklifləri dəyərləndirmək, məhsul və xidmətlər üzrə təkliflər hazırlamaq
• Alınacaq materiallar üçün alış tələblərini hazırlamaq;
• Anbar işinə nəzarət; anbara mədaxil və məxariclərin izlənməsi
• İnformasiya və kommunikasiya kanalları yaratmaqla məhsul/xidmət dəstəyi təmin etmək.

Tələblər:

- Təhsil: iqtisadiyyat və ya müvafiq sahədə natamam ali və ya ali təhsil
- İş stajı: kommersiya analitiki və ya müvafiq sahələrdə ən azı 3 il iş təcrübəsi
- Billing proqramında işləyənlərə üstünlük verilir
- Dil biliyi: Azərbaycan və rus dilləri mükəmməl, ingilis dilini yüksək səviyyədə bilənlərə üstünlük verilir
- MS Office paketi proqramları, xüsusilə Excel proqramı üzrə yüksək  (advance) səviyyədə bilik
- Yüksək analitik qabiliyyət
- Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarıqları
- Məqsədyönlü, məsuliyyətli, dəyişiklikləri qəbul edən, təzyiq altında işləməyi bacaran, operativ və yeni ideyalara daim açıq

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected]  elektron ünvanına göndərə bilərlər.