Hüquqi Tənzimləmələr üzrə Mütəxəssis

  • AvirTel
  • Elanın qoyulma tarixi: 16.04.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Avirtel Hüquqi Tənzimləmələr üzrə Mütəxəssis vakansiyasını elan edir.

Hüquqi tənzimləmələr üzrə mütəxəssis şirkətə əməkdaş, müştəri və tərəfdaşlarla müvafiq danışıqların aparılması və hüquqi sənədləşmələrin tənzimlənməsi ilə əlaqədar peşəkar hüquqi xidmət göstərir.

Vəzifə öhdəlikləri

- Müqavilə və digər hüquqi sənədlərin hazırlanması, mövcud hüquqi sənədlərin nəzərdən keçirilməsi, onlara düzəlişlərin edilməsi
- Hüquqi araşdırmaların aparılması;
- Hüquqi sənədlər bazasının yaradılması, təsnif edilməsi, arxivləşdirilməsi
- Əməkdaşlıq üzrə danışıqlarda iştirak, müvafiq hüquqi sənədlərin hazırlanması və əlaqədar proseslərin izlənilməsi;
- Şirkətin müvafiq qanunvericiliyə tam uyğun fəaliyyətinin təmin edilməsinə nəzarət;
- Şirkəti məhkəmə orqanları qarşısında təmsil etmək

Tələblər

- Biznes (korporativ) hüquq ixtisası üzrə ən azı bakalavr dərəcəsi
- Müvafiq sahədə ən azı 3 illik əmək staji
- Azərbaycan və ingilis dillərində mükəmməl ünsiyyət və yazı bacarığı. Rus dili arzuolunandır.
- Ofis proqramlarında mükəmməl işləmə bacarığı
- Əqli mülkiyyət, patent hüququ sahələrində təcrübə arzuolunandır.
- Vəkillər kollegiyasının üzvü olması üstünlükdür

Əmək haqqı: 1000 – 1200 azn

E - mail : [email protected]