Kiçik Ekspert / Maliyyə Departamenti

  • Bank of Baku
  • Elanın qoyulma tarixi: 29.02.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Bank haqqında

Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti 1994-cü ildə yarandığı andan bu günə kimi öz fəaliyyətinin bir neçə fundamental istiqamətinə sadiq qalır. Bank pərakəndə biznes, kiçik və orta sahibkarlıq, böyük korporativ biznesi dəstəkləyir və müştəri xidmətləri keyfiyyətinin artırılmasına davamlı səy göstərir.

Bank of Baku” bir çox bank məhsul və xidmətlərinin Azərbaycanda tətbiqində və dünyanın qabaqcıl bank təcrübəsinin ölkədə yayılmasında “pioner” rolunu oynayıb. Məhz “Bank of Baku” hissə-hissə ödənişli kredit kartlarını ölkədə ilk dəfə kütləvi dövriyyəyə buraxdı, istehlak kreditlərinin rəsmiləşdirmə şərtlərini xeyli sadələşdirdi, daimi müştərilər üçün imtiyazlar klubu təsis etdi və s.

Cəmiyyət qarşısında öz məsuliyyətini dərk edən “Bank of Baku” çoxsaylı sosial layihələr həyata keçirir. Təhsil sahəsində əməkdaşlığa, həmçinin xüsusi qayğıya ehtiyacı olan insanlar üçün müxtəlif layihələrin həyata keçirilməsinə prioritet diqqət yetirilir.
 
Vəzifə: Kiçik Ekspert

Departament/şöbə: Maliyyə Departamenti, Analitika şöbəsi

Əsas vəzifə və öhdəliklər

 Maliyyə təhlili və hesablamaların aparılması
 Maliyyə Departamentinin gündəlik və dövri hesabatlarının hazırlanması
 Aktiv və passivlərin və balansdankənar öhdəliklərin strukturunun optimallaşdırılması
 Bankın gəlirliliyinə nəzarət və gəlirliliyə təsir edən amillərin təhlili
 Bankın likvidlik, faiz və valyuta risklərinin təhlili və müvafiq təkliflərin hazırlanması

Seçim meyarları

 Ali təhsil (maliyyə, iqtisadiyyat, BBA/MBA)
 Sahə üzrə 1-3 il iş təcrübəsi
 Azərbaycan dili - əla, rus və ingilis dilləri – yaxşı
 MS Office proqramları ilə işləmə bacarığı
 Yüksək təhlil qabiliyyəti
 Təzyiq altında işləmə bacarığı

İş şərtləri

 Iş vaxtı: 5 iş günü, 09.00-18.00
 İş yeri: Baş Ofis
 Əmək haqqı: net min. 500 AZN

Müraciət üçün son tarix: 15/03/2016

Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində Maliyyə sözünü qeyd etməyi unutmayın!

İşəgötürənin reytinqi