Baş aşbaz

  • Aztexnika
  • Elanın qoyulma tarixi: 26.01.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Baş aşbaz

İş barədə tələblər

- Menyunun hazırlanması
- Ərzaq xidməti işinin əlaqələndirilməsi, təşkil edilməsi və hazırlanması
- Hazırlanan yeməklər üçün tələb olunan inqrediyentləri hesablamaq
- İnqrediyentlərin əvvəlcədən hazırlanması (məsələn, tərəvəzlərin təmizlənməsi və doğranması)
- Müvafiq standartlara və ya xüsusi hazırlanmış reseptlərə uyğun olaraq ərzağı bişirmək
- Mətbəx işçilərinin işini əlaqələndirmək
- Yeməyin hazırlandığı sahəni, bişirmə ərazisini və alətləri təmizləmək
- Digər tələb olunan işlərin yerinə yetirilməsi
- Gündəlik görülən işlər barədə hesabatların təqdim olunması
- Təhlükəsizlik qaydaları və normalarına əməl etmək, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək
- Əmanət edilmiş maddi, texniki vəsaitlərə və təqdim etdiyi hesabatların düzgünlüyünə cavabdehlik daşımaq

Namizəd barədə tələblər

Ümumi tələblər
- Ali və ya orta ixtisas təhsili (müvafiq sahə üzrə)
- Cinsi - Kişi
- Sürücülük vəsiqəsinin olması üstünlükdür
- Yaş həddi 25-45

Bilik və təcrübə
- Dil bilikləri: Azərbaycan dili səlis (İngilis və rus dillərini bilən namizədlərə üstünlük veriləcək)
- İş təcrübəsi: 5-10 il 
- Menyuya daxil olan qidaları planlaşdırmaq, seçmək və təşkil etmək
- Təsərrüfatı, müəssisənin  profilini, yeməyin çeşidini, qidalıq dərəcəsini və estetik görünüşünü nəzərə almaqla gələcək menyular ilə bağlı təkliflər vermək
- Alınan məmulatların kəmiyyətini və keyfiyyətini yoxlamaq
- Bərabər bişmə prosesini təmin etmək üçün ərzağı çevirmək və ya yerini dəyişmək
- Bişirmə üçün nəzərdə tutulan ərzaqları kəsmək və hazırlamaq
- Reseptə uyğun olaraq xəmir hazırlamaq

Bacarıq
- 200-300 nəfərlik işçi heyyətinə nahar yeməyinin verilməsini təmin etmək
- Şorba, salat, isti qəlyanaltı, xəmir yeməklər, kabablar, isti yeməklər, balıq, şirniyatların hazırlanması  
- İş saatlarında çeviklik
- Təzyiq altında işləmək
- Sadə mexaniki cizgiləri başa düşmək
- Bu sahə üzrə yeniliklər barədə məlumatlı olmaq və müvafiq olduğu halda yeni üsulları iş prosesində tətbiq etmək
- Açıq məkanda işləmək
- Mətbəx heyyətini idarə etmək
- Şifahi və yazılı təlimatları başa düşmək və riayət etmək (digər dillərdə olan təlimatları da başa düşmək)

İş şərtləri

- İş qrafiki - 6 günlük
- Əmək haqqı – 800-1000 AZN
- Nahar şirkət tərəfindən verilir
- Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir

CV-ni bu ünvana göndərə bilərsiniz: [email protected]

Əlaqə nömrəsi: +99412 499 79 97 ; mobile: +99450 274 81 00