Layihə Koordinatoru

  • Aztexnika
  • Elanın qoyulma tarixi: 21.09.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Layihə Koordinatoru

İş barədə tələblər

 Layihə tələblərinin müəyyənləşdirilməsi üçün görüşlərin keçirilməsi;
 Özündə bütün tapşırıqları və cəlb olunmuş tərəfləri əks etdirən layihənin icrasına dair cədvəlin hazırlanması;
 Layihələrə dair görüşlərin və səfərlərin təşkili və koordinasiyası;
 Görüşlərin nəticəsi barədə hesabatların hazırlanması;
 Layihə barədə təqdimatların hazırlanması;
 Layihə ilə bağlı xərclərin ödənilməsi üçün maliyyə tələbnamələrinin hazırlanması;
 Layihədə iştirak edən digər podrat şirkətlər tərəfindən yönəldilmiş tələblərin vaxtında icra olunmasını təmin etmək;
 Layihə prosesində yarana biləcək bütün ləngimələrin və problemləirin aradan qaldırılmasını təmin etmək;
 Layihədə iştirak edən digər podrat şirkətlərlə daimi sıx əlaqəda olmaq , onların tələblərini icra etmək;
 Layihənin icrasına dair işlərin və tapşırıqların vaxtında icrasına nəzarət edilməsi;
 Layihələr barədə bütün məlumatların və sənədlərin saxlanılması və mütəmadi yenilənməsi;
 Layihələr üzrə məlumatın yığılması və təhlili;
 Layihə üzrə hesabatlar hazırlanması;
 Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;

Namizəd barədə  tələblər

 Ali təhsil (müvafiq sahə üzrə)
 Cinsi – Qadın
 Dil bilikləri: Azərbaycan və İngilis dili səlis
 İş təcrübəsi: 2-4 il 
 MS Office - Excel üzrə əsas funksiyalar üzrə sərbəst işləmək bacarığı
 1C proqramında işləmək bacarıqlarının olması üstünlükdür

İş şərtləri

 İş qrafiki - 6 günlük
 Əmək haqqı – namizədə görə dəyişəcək
 Nahar və nəqliyyat xidməti şirkət tərəfindən qarşılanır

Maraqlanan namizədlər CV-lərini mövzu yerində “Layihə Koordinatoru” qeyd etməklə [email protected] ünvana göndərə bilərlər: