Qrafik Dizayner

  • Aztexnika
  • Elanın qoyulma tarixi: 16.03.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Qrafik Dizayner

Vəzifə öhdəlikləri

- Tələb olunan qrafik dizayn komponentlərinin növünü müəyyən etmək;
- Müvafiq işçi heyəti ilə müzakirələr apararaq vizual dizayn konsepsiyasına təsir edə bilən amilləri, o cümlədən dizayn üslublarını müəyyən etmək;
- Müştəri ilə müzakirələr apararaq hədəf istifadəçiləri və auditoriyanı aydınlaşdırmaq, formatı və praktik platformanı müəyyən etmək;
- Media vasitələri, dizaynlar, şəkillər, incəsənət işləri və qrafik dizayn işləri ilə bağlı yaradıcı mənbələri nəzərdən keçirmək;
- Texniki cəhətdən mümkün olan, texniki şərtlərə cavab verən, qrafik dizaynlar hazırlamaq və bütün dizayn məsələləri ilə bağlı yaradıcı həlli yolunu tapmaq;
- Tələb olunan qrafik dizayn komponentlərini hazırlamaq üçün ənənəvi və rəqəmsal şəkilçəkmə üslublarının sınağını aparmaq;
- İlkin dizayn ideyaları və şərtlərini əldə edilən nəticələr ilə müqayisə etmək, yekun dizayn konsepsiyasını seçmək üçün onları müştəri və müvafiq işçi heyəti ilə müzakirə etmək;
- Dizayn üslubunu seçmək və müvafiq nəticə formatının fəaliyyət platformasının tələblərinə cavab verməsini təmin etmək məqsədi ilə onları aidiyyəti işçi heyəti ilə müzakirə etmək.
- Seçilmiş dizayn üslublarından istifadə etməklə yekun dizayn konsepsiyası əsasında komponentlər üçün struktur hazırlamaq;
- Yaradıcı həll yollarının dizayn və texniki şərtlərin tələblərinə cavab verdiyini qiymətləndirmək üçün qrafik dizayn komponentlərini nəzərdən keçirmək;

Namizəd barədə  tələblər

- Təhsil - Ali (müvafiq sahə üzrə)
- Yaş həddi - 25-35
- İş təcrübəsi: 3-5 il (müvafiq sahə üzrə)
- Dil bilikləri: Rus və İngilis dili əla səviyyədə

Bilik və bacarıq

- Ümumi dizayn terminləri, xüsusilə də qrafik dizayn terminləri;
- 2 və 3 ölçülü qrafik dizayn işləri üçün məlumatlar;
- Rənglərin idarə edilməsi praktikası və nəzəriyyəsi, mexaniki və ya elektron;
- Qrafik dizayn işi üçün smeta-xərclərin hazırlanması;
- Qrafik dizayn işlərinin sənədləşdirilməsi, təqdim edilməsi ilə bağlı mövcud və yaranmaqda olan təcrübələr;
- Qrafik dizaynlarının yaradılması üçün müxtəlif dizayn üslublarından, o cümlədən sektor üzrə standart qrafik proqram təminatından istifadə etmək;
- Müxtəlif fəaliyyət formatları üçün müvafiq formatda qrafik dizayn komponentləri yaratmaq;
- Rəsm çəkmək;
- Corel Draw, Adobe Illustrator, Adobe Photoshop, AutoCad, 3D MAX və digər dizayn proqramalrıilə işləmək.

İş şərtləri

- İş qrafiki - 6 günlük
- Nahar şirkət tərəfindən təmin edilir
- Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir
- Telefon limiti şirkət tərəfindən qarşılanır

Namizədlərdən CV-ni mövzu yerində “Qrafik Dizayner” qeyd etməklə [email protected]  ünvanına göndərmələri xahiş olunur.