Texniki şöbənin işçisi

İşin təsviri

McDonald’s Azərbaycan MMC

Texniki şöbənin işçisi

İşçinin vəzifə öhdəlikəri:

• Restoranlarda olan avadanlıqların, məişət texnikasının lazımi qaydada istifadə olunması, istismarı və saxlanmasının təmin olunması üzrə işləri əlaqələndirir və nəzarət edir.
• Avadanlığı və onun ehtiyat hissələrini sifariş edir, sifarişin təmin olunması ilə bağlı bütün təşkilati tədbirlərin yerinə yetirilməsini təmin edir.
• Avadanlığın düzgün və uzun müddət istismarını təmin etmək üçün avadanlığa profilaktik baxışın keçirilməsi, zərurət olduqda təmir üçün xidmət şirkətinin fəaliyyətini əlaqələndirir.
• Avadanlığı təmir edir və nasazlıqları aradan qaldırır.
• Restoranda zəruri sayda kiçik avadanlığın, yardımçı materialların və alətlərin olmasına, eləcə də onların sazlığı və səliqəli yığılmasına nəzarət edir.
• Zəruri ehtiyat hissələri və kiçik avadanlıqların sifarişi üçün siyahını menecerə vaxtında təqdim edir.
• Restoranda zəruri ehtiyat hissələrinin minimumunu təmin edir.
• İnşaat materiallarından səmərəli istifadə edir.
• Avadanlığın texniki pasportundan istifadə etməyi bacarır.
• İşlərin keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi
• Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirilməsi, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlanıb təqdim edilməsi
• Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi
• Əmək müqaviləsi üzrə vəzifə öhdəliklərinin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi
• İşlərin planlaşdırılması və müvafiq tikinti planının hazırlanması

Namizədə tələblər

• Ali texniki təhsilli;
• Bu sahədə minimum 3 ilə kimi iş təcrübəsi;
• Azərbaycan və rus dilini əla bilmək
• İşinə ciddi yanaşan olmalıdır.
• Nizam-intizamlı olmalıdır.

Maraqlanan nazmizədlər öz anketlərini [email protected] electron ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi