Restoranın istismar xidməti üzrə texniki

İşin təsviri

Əsas vəzifə, öhdəliklər və tələblər:

  • Restoranda olan texniki avadanlıqların işlək vəziyyətdə olduğundan əmin olmaq, avadanlıqları və ümumi restoran ərazisini yoxlamaq.
  • Verdiyi tapşırıqları icra etmək və aşağıda qeyd edilən işləri yerinə yetirmək:
  • Aydınlatma lampalarının dəyişdirilməsi (soyuducu, led, spot və.s.)
  • Sanitar qovşaqlarda və şöbələrdə santexnika aksesuarlarının dəyişdirilməsi (krantlar, su boruları, sifonlar, tualet kağızı və maye sabun dispenserləri, unitaz aksesuarları və.s.)
  • Restoranın digər ərazilərdə su və kanalizasiya bağlantı nöqtələrinin yoxlanması, sifonların və kanalizasiya xəttlərinin periodik olaraq və ya lazım olduqda təmizlənməsi
  • Həşərat əleyhinə quraşdırılan cihazların yoxlanılması və periodik olaraq lampa və yapışqanlarının dəyişdirilməsi
  • Qapıların çərçivələri, qapı qolları, kilid və menteşelərinin təmiri və ya dəyişdirilməsi
  • Döşəmə təmiri, kafel və metlaxların dəyişdirilməsi
  • Divar təmiri, kafellərin dəyişdirilməsi, divar kağızların dəyişdirilməsi, boya işlərinin görülməsi
  • Loker qapılarının təmiri, tutacaq və qapı kilidlərinin dəyişdirilməsi
  • Siyirməli və qapılı dolabların təmiri
  • Qoruyucu dəmirlərin bərkidilməsi və lazım olduqda quraşdırılması
  • Dayanacaq ərazisində yerləşən stopperlərin bərkidilməsi və dəyişdirilməsi
  • Müxtəlif boya işləri – tavan, divar, yol işarələri və.s.
  • Yuxarıda sadalanan işləri yerinə yetirərkən bütün təhlükəsizlik qaydalarına riayət etmək və işin təhlükəsiz görülməsi üçün lazımi tədbirləri almaq.
  • Şirkətin prosedur və qaydalarına əməl etmək, davranış qaydalarını və xüsusi geyim formalarını pozmamaq.

Namizədə dair tələblər:

  • Elektrik və Santexnik işləri üzrə bacarıqlar
  • Rəngsaz işləri üzrə bacarıqlar
  • Kafel-metlax işləri  üzrə bacarıqlar
  • Alçipan işləri üzrə bacarıqlar

İş şəraiti:

  • AR ƏM əsasən rəsmiləşdirmə
  • 5 günlük iş həftəsi
  • Əmək haqqı 800azn + müxtəlif bonuslar 
  • Şirkət tərəfindən naharla təmin olunma 
  • Gənc və dinamik kollektivdə işləmə fürsəti 

Maraqlanan namizədlər email ünvanına "İstismar xidməti üzrə texnik" başlığı ilə müraciət edə bilər.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini ilə e-mail ünvanına 14.07.2024 il tarixinə kimi göndərə bilərlər.

İşəgötürənin reytinqi

McDonald’s Azerbaijan tərəfindən digər vakansiyalar