Ofis Meneceri

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Ofis fəaliyyətinin təmin edilməsi;
  • Daxil və xaric olan sənədlərin qeydiyyatının aparılması;
  • Telefon zənglərinə cavab verilməsi;
  • Təşkilatlara, dövlət strukturlarına, xarici səfirliklərə, yerli və xarici şirkətlərə məktubların hazırlanması;
  • Şirkətin xarici qonaqlarının qəbulu və yerləşdirilməsi, habelə müxtəlif sosial tədbirlərə xidmət üzrə bütün zəruri işlərin görülməsi (nəqliyyat, nümayəndəlik malları, suvenir məhsulları və i.a.);
  • Dəvət edilən məktubların, vizaların, biletlərin və şirkətin işçilərinin xaricdə yerləşdirilməsinin təşkili;
  • Ofisə və onun işçilərinə lazım olan firma blanklarının, vizit kartlarının və digər məhsulların sifarişi;
  • Ofisdə texniki vasitələrin vəziyyətinə nəzarət;
  • Ofis işçilərinin lazımi dəftərxana ləvazimatı ilə təmin edilməsinə nəzarət;
  • Müxtəlif təşkilatlarla müqavilə əsasında iş aparılması;
  • Əsas vəsaitlərlə iş, sıradan çıxmış vasitələrin alınması və hesabdan silinməsi;
  • Maddi qiymətlilərin uçotu, onlar barədə müntəzəm olaraq mühasibatlığa hesabat verilməsi və inventarizasiyanın aparılması.

Tələblər:

  • Ali təhsil;
  • Kooperativ idarəetmənin üsul və tətbiqi qaydaları haqda xəbərdar olma;
  • “MS Office” proqramlarının qabaqcıl istifadəçisi;
  • Azərbaycan, Rus və İngilis dilləri biliyi;
  • İşgüzar ünsiyyət və danışıqlar aparma bacarığı.

İş şəraiti:

  • İş saatı Əmək Qanunvericiliyinə uyğun tənzimlənir;
  • İşə qəbul Əmək Qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.      

Email: [email protected]

Maraqlanan namizədlər öz CV-lərini “Ofis Menecer” mövzusu ilə 01.12.2021-ci il tarixinə kimi göndərə bilərlər.

İşəgötürənin reytinqi