Stajçı Menecer

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Texniki təhlükəsizlik qaydalarına riayət etmək.
  • “McDonald’s”ın müştərilərə xidmət siyasətinə riayət etmək.
  • Müştərilərin şikayətlərini şirkətin siyasətinə müvafiq olaraq araşdırmaq.
  • Restoranın hər bir sahəsinin və bütünlükdə növbənin idarə edilməsi üzrə vəzifələri.
  • Öz növbələrində müştərilər üçün restoranda gözəl ab-havanı (dostcasına, mehriban, qonaqpərvər əməkdaşlar, təmiz otaqlar, təhlükəsiz şərait) təmin etmək.
  • Restoranın təhlükəsizlik siyasətinə riayət etmək.
  • “McDonald’s”ın heyətə dair siyasətinə riayət etmək. Siyasətdəki dəyişikliklərlə vaxtında tanış olmaq və onları iş zamanı istifadə etmək.
  • Növbədə təlim prosedurlarına nəzarət etmək.
  • Şirkət standartları və siyasətindəki bütün dəyişiklik və əlavələrlə müntəzəm və vaxtında tanış olmaq və onları işçilərin nəzərinə çatdırmaq.
  • Restoranın bütün işçiləri və müştərilərinə yaxşı ünsiyyət və hörmət nümunəsi nümayiş etdirmək.
  • Öz növbələrində istehsalatın bütün sahələrində prosedurların düzgün yerinə yetirilməsini təmin etmək.
  • “McDonald’s”ın məhsulun hazırlanması və buraxılmasına dair standartlarına riayət etmək və yerinə yetirmək.
  • İctimai iaşə müəssisələri üçün qəbul edilmiş sanitariya qaydalarına və şirkət daxilində müəyyən olunmuş qaydalara riayət etmək.

Tələblər:

  • Ali təhsil;
  • Güclü liderlik keyfiyyətlərinə sahib kollektivlə işləməyi bacaran;
  • Kooperativ idarəetmənin üsul və tətbiqi qaydalarını bilən;
  • Analitik təhlil qabiliyyəti;
  • MS Office proqramlarının qabaqcıl istifadəçisi;
  • Azərbaycan və İngilis dillərini  bilən;
  • İşgüzar ünsiyyət və danışıqlar aparma bacarığı;

İş şəraiti:

  • İş saatı Əmək Qanunvericiliyinə uyğun tənzimlənir.
  • İşə qəbul Əmək Qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.      

Maraqlanan namizədlər öz CV- lərini “Stajçı Menecer” mövzusu ilə 15.12.2021-ci il tarixinə kimi göndərə bilərlər.

İşəgötürənin reytinqi

McDonald’s Azerbaijan tərəfindən digər vakansiyalar