Marketinq Meneceri

İşin təsviri

Marketinq Meneceri

Vəzifə öhdəlikləri:

• Müştərilər və maraqlı tərəflər üçün nəzərdə tutulan tədbirin büdcəsinin, insan resurslarının və konsepsiyasının planlanması və təsdiqlənməsi, tədbir üçün yerlərin axtarılması, hədiyyə və materialların sifarişi, tədbirin əlaqələndirilməsi, müştərilər üçün sorğuların hazırlanması, sorğuların müştərilər tərəfindən cavablandırılmasına nəzarət, tədbir haqqında hesabat verilməsi;
• Şöbələrin ehtiyacları və Şirkətin tələbləri əsasında keçirilən marketinq tədbirləri haqqında təqdimat və hesabatların hazırlanması (tədbirin planı, statusu, büdcəsi, tədbirin nəticələrinə dair sorğu və s.);
• Şirkətlərin internet saytları, bukletləri üçün məqalələrin, press-relizlərin və digər məlumatın hazırlanması.
• Maaş: 700 AZN

Tələblər:

• Ali təhsil
• Marketinq/tədbirlərin təşkilatı/ictimai əlaqələr sahələrdə 3 il iş təcrübəsi
• Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarıqları;
• Dəyişən şəraitə adaptasiya qabiliyyəti;
• Azərbaycan, Rus və İngilis dili bilikləri;
• MS Office, Adobe Photoshop və digər qrafik kompüter proqramları.
• Yaş həddi: 24 – 55 yaş arası

İş rejimi:
 
Həftə içi: 09:00-dan 18:00-a kimi (nahar vaxtı saat 13:00-14:00)
Şənbə: 09:00-dan 16:00-a kimi (nahar vaxtı saat 13:00-14:00)
İstirahət günü - Bazar günü
         
Müraciət məktubunun mövzusunda vakansiyanın adını qeyd etməyiniz və [email protected] ünvanına göndərməyiniz xahiş olunur.