Mikrobioloq (Kürdəmir Süd Emalı Zavodu MMC)

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 03.09.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

AZERSUN HOLDING  “Kürdəmir Süd Emalı Zavodu” MMC

Vakansiyanın adı: Mikrobioloq

Azərsun Holdinq, Kürdəmirdə yerləşən “Kürdəmir Süd Emalı Zavodu” MMC üçün Mikrobioloq vakansiyası üzrə işçi qəbulunu elan edir. İş haqqında məlumat və namizədlərdən tələb olunan şərtlər aşağıda qeyd edilmişdir:

İş haqqında məlumat:

 Qida məhsullarında, ərzaq xammalında və qatqı maddələrində mikrobioloji analizləri aparmaq;
 İstehsalatın sanitar-gigiyena şəraitinə nəzarət etmək;
 Keyfiyyətə Nəzarət Planına uyğun istehsalat sahələrindən nümunələr götürmək;
 İstifadəsində olan cihaz, avadanlıqların kalibrasiyasını (nizamlanma) və periodik qulluğunu təmin etmək;
 Laboratoriyada təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını yerinə yetirmək;
 Mikrobioloji analizlərin nəticələrini rəhbərliyə təqdim etmək, uyğunsuzluq olduğu təqdirdə istehsalı dayandırmaq. 

Namizədə aid tələblər:

 Biologiya və ya tibb  sahəsində  ali təhsilli olması;
 Mikrobioloji laboratoriya sahəsində  minimum 1 il  iş təcrübəsi olması;
 MS Office və Outlook proqramlarından istifadə edə bilməsi;
 Diqqətli və məsuliyyətli olması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini 30.09.2015 tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Mikrobioloq”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

İşəgötürənin reytinqi