Baş dizayner (Art direktor)

  • Neoclass
  • Elanın qoyulma tarixi: 20.04.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

2010-cu ildə fəaliyyətə başlamış “Neoclass” şirkəti, Azərbaycanın inkişaf etməkdə olan inşaat sektorunda qısa zamanda çox önəmli bir yer tutmuşdur. Dünyanın və xüsusən də Avropanın 50-dən çox ən məşhur brendlərinin rəsmi və eksklyuziv nümayəndəsidir. Müştərilərimizin rahatlığı üçün xüsusi dizayn edilmiş 2000 kvm sahəsi olan sərgi salonumuzda ən müasir dəbdə və yüksək keyfiyyətdə İtaliya, İspaniya, İngiltərə, İsveçrə və Almaniya istehsalı olan keramik kafel və metlaxlar, dekorativ mozaikalar, santexnika dəstləri, hamam mebelləri, vanna və duşkabinləri, su qarışdırıcıları və hamam üçün nəzərdə tutulmuş aksesuarlar nümayiş olunmaqdadir.

Daima inkişaf edən, böyüyən, öz sahəsində ən yüksək və keyfiyyətli xidməti göstərən “Neoclass” şirkəti (www.neoclass.az) təcrübəli, peşəkar və potensiallı şəxsləri Baş dizayner (Art direktor) vəzifəsində çalışmağa dəvət edir.

Baş dizayner (Art direktor)

Namizədə dair əsas tələblər:

•  Yaş: 27 yaşdan yuxarı
•  Təhsil: Ali (Dizayn və Memarlıq sahəsində) Maqistr dərəcəsi üstün tutulur
•  İş təcrübəsi: Aparıcı şirkətlərdə 5 ildən yuxarı idarəetmə təcrübəsi (Dizayn və memarlıq sahəsində çalışanlara üstünlük veriləcək, lüks mallar satışı sahəsində təcrübəli olanlara əlavə üstünlük veriləcək)    
•  Təlim və sertifikasiya: Dizayn və Memarlıq sahəsində təlim keçmiş və sertifikat almış mütəxəssislərə üstünlük verilir

Vəzifəyə dair peşəkar tələblər:

•  Şəxsi keyfiyyətlər: Professional etik davranışlar, gərgin şəraitdə işləmə bacarığı , vicdanlılıq və ədalətlilik prinsipini əsas tutmaq
•  Diı bacarıqları: Azərbaycan,Rus, İngilis dillərində sərbəst, danışıq və yazma                                           
•  Kompyuter bilikləri: MS Word, MS Excel, MS Power Point, 2D və 3D formatlı proqramlarda işləmə (Corel Draw,  3DMax, Autocad və s.)
•  Təqdimat bacarığı: Müstəqil şəkildə təqdimat, hesabat hazırlamaq və həyata keçirmək        
•  Təlim bacarığı: Ehtiyac olduğu təqdirdə şirkət əməkdaşları üçün təlimlər hazırlamaq və həyata keçirmək                
•  Fərdi inkişaf: Öz sahəsində fərdi inkişaf planları olan mütəxəsislərə üstünlük verilir                               
•  Vaxtın idarəedilməsi: Vaxtın düzgün idarə edilməsi sahəsində təcrübəli mütəxəssislərə üstünlük verilir

Vəzifəyə dair əsas məlumatlar:

• İş saatı: Həftədə 6 gün, 8 saatlıq iş rejimi ilə
• İstirahət: Həftənin 1 günü
• İş yeri: Əsasən ofisdə, bəzən sahələrdə və ezamiyyətlərdə
• Tabeçilik: Rəhbərlik
• Tabe olanlar: Bütün Dizayn və memarlıq şğbəsinin əməkdaşları 
• Əmək haqqı və bonus: Təcrübədən asılı olaraq danışıqlar yolu,  bonus sistemi, qoyulmuş hədəflərə görə əmək haqqı fondundan
• Fərdi təlimlər: Tələblərə uyğun olaraq şirkət tərəfindən maliyyələşdirilir

Əsas funksiyalar:

1.Müştəri tələblərinin təyin edilməsi və dəqiqləşdirilməsi:

• Strukturun müştəri tələblərinin dəqiq müəyyən edilməsi üçün hazırlanması
• Müştərilərlə ilkin görüşün təşkili
• Müştərinin ilkin ehtiyacının öyrənilməsi
• Müştəriyə tələbənin düzgün izah etməsi üçün müxtəlif nümunələrin təqdim edilməsi
• Müştəri tələbənin dəqiqləşdirilməsi və yazılı şəkildə alınması
• Ehtiyac olduğu halda müştərinin evinin, iş yerinin ziyarət edilməsinin təşkili
 
2.2D, 3D və videoçarx formatda layihələrin hazırlanması:

• Müştəri tələbinə uyğun görüntülərin hazırlanması
• Hazırlanan görüntülərin texniki tələblərə uyğun olmasının təmin edilməsi
• Hazırlanan görüntülərin lazım olduğu təqdirdə dinamik olmasının təşkili
• Hazırlanan eskizlərin düzgün sənədləşdirilməsi

3.Təkliflərin müştəri ilə razılaşdırılması:

• Hazırlanan layihələrin müştəri ilə müzakirəsinin təşkili
• Layihənin hazırlanmasında işin gedişatını müştəriyə düzgün izah edilməsi
• Aksesuar seçimində tövsiyyələrin verilməsi
• Son razılaşmanın sənədləşdirilməsi

4.İşin icrasına nəzarət:

• Razılaşdırılmış dizayn üslubuna uyğun işlərin planlaşdırılması
• Ehtiyac olduğu təqdirdə kənar sub-podratşıların dəvət edilməsi
• İşlərin gedişatına nəzarətin təşkili
• İcra edilən işlərə keyfiyyət nəzarətinin təşkili
•  İşlərin yekunlaşdırılması, sənədləşdilməsi və müştəriyə təhvilinin təşkil edilməsi
 
5.Dizayn və memarlıq sahəsində inzibatçılıq:

• Dizayn və memarlıq strukturunun idarə edilməsini təmin etmək
• Öz  sahəsində biznes proses və prosedurların hazırlanması
• Öz sahəsində inzibatçılığın təşkili və idarə edilməsi
• Hazırlanan və icra edilən dizaynlara ciddi nəzarət sisteminin təşkili

CV-lərinizi Baş dizayner (Art direktor) mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz rica olunur.