Rele Mühafizə və Avtomatika Mühəndisi (Yarımstansiya)

İşin təsviri

“Caspian Investment and Development Corporation“(CIDC) Bakı MMC Azərbaycan və Xəzər Bölgəsində uşaq bezlərinin, məişət-təmizlik kağızlarının və sənaye/ticarət təyinatlı kağız-dəsmallarının aparıcı keyfiyyətli istehsalçısıdır.

“CIDC” Bakı MMC Rele Mühafizə və Avtomatika Mühəndisi (Yarımstansiya) vəzifəsi üzrə vakansiya elan edir.

MƏSULİYYƏT VƏ VƏZİFƏLƏRİ:

• Yarımstasiyanın balansında olan rele mühafizə və avtomatika qurğularına texniki xidmət göstərmək;
• Mühafizə qurğularının selektiv işləmə sxemini tərtib etmək üçün müvafiq tədbirlər görmək;
• Mühafizə avadanlıqlarının aylıq, illik təmir qrafiklərini tərtib etmək, profilaktik yoxlama aparmaq;
• İstismara aid direktiv materiallarda göstərilən tədbirlərin vaxtında yerinə yetirilməsi;
• Rele mühafizə və avtomatika qurğularında qoyuluş qiymətlərinin qoyulması və tənzimlənməsi;
• İstismarda olan bütün mühafizələrin iş prinsipini, yarımstasiyanın balansında olan rele mühafizə və avtomatika qurğularının və dövrələrin sxemlərini qurmaq;
• Qəza rejimləri üçün mühafizənin qoyuluş qiymətləri,təlimatlarının hazırlanması;
• Yarımstansiyada baş verən qəzaların, işdə imtinaların və başqa nasazlıqların hesabatının aparılması və araşdırılması, istehsalat xidmətləri və müfəttişliklə birlikdə əks-qəza tədbirlərinin tərtib edilməsi və onların göstərilən müddətdə yerinə yetirilməsi.

TƏLƏBLƏR:

• Ali Texniki təhsil;
• Tələb olunan sahədə minimum 5 il iş təcrübəsi;
• Xarici dil bilikləri (İngilis dili biliyinə üstünlük verilir);
• Kompüterlə işləmək bacarığı (MS Office, Outlook);
• Müasir SKADA sistemi və elektronik cihazlarla işləmək bacarığı;
• Nəzarət edə bilmə qabiliyyəti;
• Analitik qabiliyyət;
• Komandada işləmə bacarığı;

BİLMƏLİDİR:
 
• ТİQ (Техniki İstismar Qaydaları), ТТQ (Тəhlükəsizlik Техnikası Qaydaları), ЕQQQ (Elektrik Qurğularının Quruluşu Qaydaları), DDТNQ (Dövlət Dağ Texniki Nəzarət Qaydaları);
• Daxili əməyin təşkili qaydalarını;
• Yanğın təhlükəsizliyi qaydalarını.

Maraqlananlar CV-lərini mövzu yerində vakansiyanın adını qeyd etməklə [email protected]  ünvanına göndərə bilərlər.

Son müraciət tarixi: 19.04.2015

Caspian Investment and Development Corporation (CIDC) tərəfindən digər vakansiyalar