Müştəri səsi layihə meneceri

İşin təsviri

Təsvir

  • Bütün "Müştəri Səsi" (VoC) məlumatlarının, o cümlədən NPS, CSAT, şikayətlər, rəylər və müraciətlərin toplanması, təhlili və kateqoriyalara ayrılması həyata keçirilməsi.
  • Dəyərləndirmə metodologiyalarından (Təsir vs. Səy - Impact vs. Effort) və Müştəri Təcrübəsi metrikalarından istifadə edərək, məhsul sorğularının formalaşdırılması və prioritetləşdirilməsi.
  • Müştəri Xidmətlərinin ehtiyaclarının məhsul və İT komandaları üçün dəqiq, strukturlaşdırılmış "User Story"-lərə və texniki tapşırıqlara çevrilməsi.
  • Platformadakı məhsulların müştəri təcrübəsinin keyfiyyətini artırmaq məqsədilə təkmilləşdirilməsi üzrə strategiyaların hazırlanması.
  • Məhsul komandaları ilə sıx əməkdaşlıq etmək və layihənin bütün mərhələlərində tapşırıqların düzgün icrasını təmin edərək, onların həyata keçirilməsinə nəzarət edilməsi.
  • Həyata keçirilmiş funksiyaların əməliyyat metrikalarına (Deflection Rate, NPS kimi) təsirinin qiymətləndirilməsi və hesabatların hazırlanması.

Tələblər

  • Məhsul menecmenti, biznes təhlili, və ya Müştəri Təcrübəsi (CX) sahəsində minimum 3-5 il iş təcrübəsi.
  • "Müştəri Səsi" məlumatlarının toplanması, təhlili və onların birbaşa məhsul inkişafı proseslərinə çevrilməsi üzrə sübut olunmuş nailiyyətlər.
  • Təhsil: Ali təhsil (İqtisadiyyat, İdarəetmə, İT və ya müvafiq sahələr arzuolunandır).IT komandaları ilə əməkdaşlıq və texniki tələblərin hazırlanması üzrə təcrübə
  • Analitik düşüncə, nəticəyönümlü yanaşma və təşəbbüskarlıq

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat
  • Təcrübə 3-4 il
  • Təhsil - Bakalavr

İmtiyazlar

  • DeyerliSen (Pasha Group Loyalty Program)
  • Tibbi Sığorta (işçini əhatə edən)

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.