Satış meneceri

İşin təsviri

İş haqqında:

  • Əmək haqqı: Fix + (Hər etdiyi satışdan 5% bonus)
  • İşə qəbul: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq rəsmi əmək müqaviləsi ilə
  • İş qrafiki: 5 günlük iş rejimi

Xüsusi tələblər:

  • Yaş aralığı: 25–32 yaş
  • B2B satış sahəsində minimum 2 il təcrübə
  • Soyuq və isti zənglərlə işləmə bacarığı
  • Yüksək ünsiyyət, inandırma və təqdimat bacarığı
  • Əməliyyatların aparılması üçün ilkin riyazi biliklər
  • Rus dili biliyi arzuolunandır
  • Müştəri yönümlü düşüncə və nəticəəsaslı yanaşma

Vəzifə öhdəlikləri:

  • B2B müştəri bazasının formalaşdırılması və genişləndirilməsi
  • Mövcud və potensial müştərilərlə əlaqələrin qurulması və saxlanılması
  • Soyuq və isti zənglər vasitəsilə satış prosesinin idarə edilməsi
  • Müştəri ehtiyaclarını təyin edərək uyğun məhsul və xidmətlərin təklifi
  • Satış hədəflərinin icrası və aylıq planların yerinə yetirilməsi
  • Müştəri sorğularının cavablandırılması və problemlərin operativ həlli
  • Müştəriyə satış sonrası xidmətin keyfiyyətlə təmin edilməsi
  • Satış rəhbərinin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi
  • Qüvvədə olan kampaniya və təkliflərin düzgün təqdim edilməsi

İş yeri: Çinar Park Bizness Mərkəzi
Maraqlanan namizədlər öz CV-lərini 
Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.