İşin təsviri
Əsas funksiyalar:
- Struktur bölmədə sənədlərin idarə olunması prosesini təmin etmək;
- Satış menecerləri ilə birgə layihələr üzrə kommersiya danışıqlarında iştirak və dəstək;
- Daxili departamentlərlə (Marketinq, Maliyyə, Hüquq, CİS və s.) koordinasiyalı işləmək;
- Tender proseslərində iştirak və satış menecerlərinə dəstək;
- Müştərilər və layihələr barədə mütəmadi hesabatlar və proqnozların hazırlanması;
- Satış hədəflərinə çatmaq üçün KPI-ların icrasına cavabdeh olmaq;
- Mövcud müştəri bazasının qorunması və inkişafı üçün aktiv kommunikasiyanı təmin etmək;
- Mövcud müştərilərlə əlavə satış (upsell) və çarpaz satış (cross-sell) imkanlarının müəyyən edilməsi və reallaşdırılması;
- Müştəri dəstəyi və müştəri qayğısı üzrə effektiv yanaşmaların tətbiqi;
- CRM sistemində müştəri və layihə məlumatlarının əlavə olunması və yenilənməsi;
- Müvafiq xidmət aktlarının və hesab-fakturaların koordinasiyası və təqdim edilməsinə nəzarət;
- Müqavilə şərtlərinə uyğun xidmət keyfiyyətinə nəzarət və davamlı təkmilləşdirmə.
Tələblər:
- Təhsil: Ali təhsil (Coğrafi informasiya sistemləri, idarəetmə, iqtisadiyyat, biznesin təşkili və ya oxşar sahələr üstünlükdür);
- İş təcrübəsi: 3+ il müştəri münasibətlərinin idarə olunması və ya satış sahəsində təcrübə;
Bilik və bacarıqlar:
- Partnyorlar və müştərilərlə işin idarə olunması;
- Korporativ maliyyə üzrə fundamenmtal biliklər;
- Mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları;
- Fərqli formatda görüşlərin təşkil olunamsı və təqdimatların keçirilməsi bacarıqları;
- Qoyulan hədəfləri vaxtında yerinə yetirmək bacarığı;
- Analitik və tənqidi düşünmə qabiliyyəti, sürətli öyrənmə, adaptasiya;
- Müştəri yönümlü yanaşma və aktiv satış bacarığı;
- Komandada işləmək və müxtəlif departamentlərlə effektiv əməkdaşlıq etmək bacarığı;
- Təşəbbüs göstərmə və innovativ yanaşma;
- Özünə inam və əminlik;
- Yaxşı planlaşdırma bacarıqları;
- Sərbəst işləmək;
- Bütün səviyyədə çalışan həmkarlarla əməkdaşlıq bacarığı;
Kompüter bilikləri: MS Office və CRM platformalar
Dil bilikləri:
- Azərbaycan dili (sərbəst danışmaq və yazmaq səviyyəsində)
- İngilis dili (sərbəst danışmaq və yazmaq səviyyəsində)
İş qrafikı:
- İş qrafiki : Tam iş günü (həftəarası 5 gün)
- İş saatları: 09:00-18:00
Bu meyarlara uyğun namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına “Müştəri meneceri” başlığı ilə göndərə bilərlər.