Marketinq üzrə mütəxəssis

İşin təsviri

Sumqayıt Texnologiyalar Parkı (STP) “Marketinq üzrə mütəxəssis” vəzifəsinə vakansiya elan edır.

Əsas vəzifə:

-Şirkət məhsulları və xidmətləri üzrə bazarın cari vəziyyətini, inkişaf meyillərini və satış dinamikalarını, rəqib şirkətlrin şərtlərini, üstün və zəif cəhətlərini araşdırılması və təhlili üzrə analiz-hesabatlar hazırlamaq;
- Reklam materiallarının hazırlanması
- Reklam aksiyalarin və kampaniyalarının keçirilməsi
-Şirkət və təşkilatlara görüşlərin keçirilməsi üçün rəsmi müraciətlərin hazırlanması;
- Yeni məhsulların təqdimatlarının hazırlanması və keçirilməsi
-Sosial media üzərindən şirkət profili ilə bağlı işlərin aparılması.

Şərtlər:

- Ali təhsil (Biznesin təşkili və idarə edilməsi, sosial elmlər, Marketinq istiqamətləri üzrə);
- Marketinq sahəsində ən azı 5 il təcrübəsi olmalı;
- Bazarın inkişaf perspektivlərini qiymətləndirməyi bacarmalı;
- Rus və ingilis dillərini bilməli;
- Məsuliyyətli, diqqətli və əməksevər olmalı;
- Kollektivlə işləmyi bacarmalı;
- Kompüter proqramlarında sərbəst işləmək

STP işləyərkən:

Tam sosial təminat (məzuniyyət və s.)
Şirkət hesabına nahar
Nəqliyyat
Beşgünlük iş həftəsi

Maraqlı olan şəxslər öz CV-lərini [email protected] elektron ünvanına göndərə  bilərlər

Zəhmət olmasa elektron məktubu göndərərkən məzmunda “Marketinq üzrə mütəxəssis” vəzifəsini geyd edin.

İşəgötürənin reytinqi