İşin təsviri
Mövcud iş yeri:
- “Xocalı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs – Goranboy rayonuƏmək haqqı:
- Əmək haqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Təhsil: Ali (maliyyə, iqtisadiyyat arzuolunandır)
- İş təcrübəsi: Dövlət satınalmaları sahəsində ən azı 1 il
- Kompüter bilikləri: Microsoft Office (yaxşı səviyyədə)
- Qanunvericilik üzrə biliklər: Dövlət satınalmaları haqqında AR qanunu
Digər:
- etender.gov.az portalından istifadə
- Sərbəst ünsiyyət və sənədlərlə iş bacarığı
- Kollektiv ilə işləmək bacarığı
İşin təsviri:
- İllik satınalma planının hazırlanması və qanunda müəyyən edilmiş müddət ərzində elektron satınalmalar portalında yerləşdirilməsi;
- Ehtimal olunan qiymətin hesablanması üçün bazar araşdırılmasının aparılması və müvafiq formanın təsdiq etdirilməsi;
- Elektron satınalmalar portalında (etender.gov.az) satınalma proseduru ilə bağlı elanların yerləşdirilməsi;
- "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanunu tələblərinə uyğun olaraq satınalma prosedurlarının həyata keçirilməsi, tenderin əsas şərtlər toplusunun, iclas protokolunun, yekun protokolun hazırlanması və komissiya üzvləri tərəfindən təsdiq edilməsi üçün zəruri tədbirlərin görülməsi;
- Satınalma müqavilələrinin hazırlanması, təsdiq etdirilməsi, əlavə və dəyişikliklərin hazırlanması, ləğv edilməsi, icrasına nəzarət edilməsi və reyestrinin aparılması;
- Daxil olmuş hesab fakturaların, aktların müqavilə öhdəliklərinə uyğunluğunun yoxlanılması;
- Həyata keçirilən satınalma prosedurları ilə bağlı hesabatların hazırlanması.
Müraciət qaydası:
- CV Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir;
- Mövzu sətrində “Xocalı RMX – Satınalma üzrə mütəxəssis” qeyd olunmalıdır;
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.