İşin təsviri
Premium layihələr inşa edən tikinti şirkətinə yaradıcı və satış-yönümlü marketinq menecer axtarırıq.
Namizədə olan tələblər
- Azı 3 il relevant iş təcrübəsi. Tikinti yaxud lüks kateqoriyası üzrə təcrübənin olması üstünlükdür
- Digital marketinq (Google ads, Meta ads, SEO) sahəsində vacib metrikalar üzrə biliklər və istifadə təcrübəsi
- Google Analytics-də əsas hesabatlara baxa bilmək bacarığı
- Punktuallıq, stressə-davamlılıq, yeniliklərə açıq olmaq
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, rus yaxud ingilis dillərindən birini yaxşı səviyyədə bilmək əlavə üstünlükdür
- Microsoft Office proqramlarında (xüsusilə Excel və PowerPoint) və yaxud Google Workspace proqramlarında işləmə bacarığı
Vəzifə öhdəlikləri
- Dizayner və satış komandası ilə birlikdə işləmək
- Yeni reklam kampaniyaları üzrə rəhbərliyə təkliflər hazırlamaq
- Sosial media səhifələri üçün kontent yaradılması
- Müvafiq müştəri axını kanallarının təhlilini aparmaq
- Vebsaytın idarə olunması, kontentin yaradılması və SEO
- Rəqəmsal reklam büdcəsinin effektiv idarə olunması və ROI-nin ölçülməsi
- Reklam və çap materiallarının dizaynının və istehsal proseslərinin sifariş verilməsi və icrasına nəzarət
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və tam icra etmək
- Əmlak bazarının təhlili və hesabatların təqdim edilməsi
İş şəraiti
- Aylıq 2000-2500 AZN NET maaş. Hədəflərə çatıldığı halda bonuslar verilir.
- Treninqlər və şəxsi inkişaf üçün dəstək göstərilir.
- İş qrafiki: həftənin 5 iş günü, 9:30-18:00
Yalnız relevant, özünü full-stack marketer kimi görən və tələblərə cavab verən şəxslərin müraciət etməsi xahiş olunur.
Müsahibə zamanı əvvəlcə namizədin yumşaq və sərt bacarıqları rekruter-ekspert tərəfindən yoxlanılacaq, sonrakı mərhələdə rəhbərliklə 2-mərhələli iş müsahibəsi olacaq.
Müraciət üçün öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz