Satınalma üzrə mütəxəssis / baş mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Dövlət satınalmaları haqqında qanun və müvafiq sənədlər əsasında satınalma sənədlərinin tərtib edilməsi;
  • Müəssisənin fəaliyyətinin təşkili üçün nəzərdə tutulan satınalmaların təşkil edilməsi;
  • Satınalmalar üzrə cari bazar qiymətlərinin və potensial təçhizatçıların müəyyən edilməsi məqsədilə bazar araşdırmalarının aparılması;
  • Sifarişçi struktur bölmələrlə birlikdə satın alınan mal, iş və xidmətlərə dair texniki tələblərin müəyyənləşdirilməsi;
  • İllik satınalma planının tərtib edilməsi;
  • İcra edilmiş satınalmalara dair məlumat bazasının formalaşdırılması və satınalmalar barədə hesabatların hazırlanması;
  • Satınalma planının layihəsinin hazırlanması və təsdiq olunmuş planın dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsi;
  • Satınalmalara dair sənədlərin tərtib olunması;
  • Satınalma ilə bağlı yazışmaların aparılması;
  • Qalib təchizatçı ilə bağlanılacaq müqavilələrin hazırlanması;
  • Malların tədarükü cari və yarana biləcək ehtiyacların öyrənilməsi, tələbatların proqnozlaşdırılması;
  • Satınalmalar sahəsində işlərin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi;
  • Bazar araşdırmalarının aparılması.

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat, İnzibati idarəetmə,  biznesin idarəedilməsi və s.);
  • Dövlət satınalmaları haqqında qanun və əlaqədar sənədlərlə işləmək bacarığı;
  • Azərbaycan dili (yüksək səviyyədə), ingilis dili və rus dili biliyi arzu olunandır;
  • Müvafiq sahədə ən az 3 il iş təcrübəsi;
  • MS office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
  • Bazarı təhlil etmək, komandada işləmək bacarığı;
  • Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı;
  • Satınalma müqavilələrin tərtibatı haqda biliklərin olması.

İş rejimi:

  • 5 günlük iş qrafiki
  • İş saatı 09:00-18:00-dək
  • Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.

Qeyd: CV-lərinizi mövzu hissəsində Satınalma üzrə mütəxəssis / baş mütəxəssis yazaraq Müraciət Et düyməsində qeyd edilən elektron poçt ünvanına göndərin.

Aqrar Tədarük və Təchizat tərəfindən digər vakansiyalar