İşin təsviri
Vəzifə öhdəlikləri:
- 1C sistemlərinin (8.x versiyaları) administrasiyası və dəstəyi;
- İstifadəçilərə texniki və funksional dəstəyin göstərilməsi;
- 1C konfiqurasiyalarının sazlanması və optimallaşdırılması;
- Yeni modulların hazırlanması, mövcud hesabatların və sənədlərin dəyişdirilməsi;
- Məlumat bazalarının idarə olunması, ehtiyat nüsxələrinin yaradılması və bərpası;
- İnteqrasiya layihələrinin icrası (1C ilə digər proqram təminatları arasında məlumat mübadiləsi);
- Sistem performansının monitorinqi və optimallaşdırılması;
- Təhlükəsizlik siyasətinə uyğun olaraq girişlərin idarə olunması.
Tələblər:
- Ali təhsil (İT və ya müvafiq sahə üzrə)
- 1C platforması ilə minimum 2–3 il iş təcrübəsi
- 1C proqramlaşdırma (1C:Enterprise, 1C:Accounting, 1C:Trade və s.) üzrə biliklər
- SQL sorğuları və verilənlər bazası ilə işləmə bacarığı
- Şəbəkə və server administrasiyası üzrə biliklər üstünlükdür
- Analitik düşünmə və problem həll etmə bacarığı
- Komandada və müstəqil işləmək bacarığı
- Detallara diqqətlilik;
- Ünsiyyət və təqdimat bacarığı;
İş rejimi:
- 5 günlük iş qrafiki
- İş saatı 09:00-18:00-dək
- Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.
Qeyd: CV-lərinizi mövzu hissəsində “1C proqramçısı” yazaraq Müraciət et düyməsində qeyd edilən elektron poçt ünvanına göndərin.