Aparıcı hüquqşünas

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Daxili normativ sənədlərin hazırlanması;
  • Bağlanmış müqavilələrin əlavələrinin və razılaşmalarının tərtibi;
  • Satınalma və satış münasibətlərinin müqavilə aspektlərinin təmin edilməsi;
  • Məktubların hazırlanması və sorğuların cavablandırılması;
  • Hüquqi yardımın göstərilməsi və təmsilçilik funksiyalarının yerinə yetirilməsi.

Tələblər:

  • Hüquq üzrə ali təhsil (Magistr dərəcəsi arzuolunandır)
  • Hüquq sahəsində ən azı 1 illik iş təcrübəsi (hüquqi tənzimləmə və normativ hüquqi aktlarla  iş üzrə təcrübəyə üstünlük verilir).
  • Azərbaycan dili (yüksək səviyyədə), ingilis dili və rus dili biliyi arzuolunandır
  • MS office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı
  • Korporativ idarəetmə ilə bağlı ümumi hüquqi tənzimləmələr
  • Müqavilələrin hüquqi ekspertizası və hüquqi risklərin qiymətləndirilməsi prinsipləri

Fərdi keyfiyyət tələbləri:

  • Analitik düşünmə və təhlil bacarığı;
  • Peşəkar yanaşma və nəticəyönümlü fəaliyyət;
  • Yüksək yazılı və şifahi ifadə bacarığı;
  • Müstəqil işləmə və komandada fəaliyyət qabiliyyəti.

İş rejimi:

  • 5 günlük iş qrafiki
  • İş saatı 09:00-18:00-dək
  • Əmək haqqı: Müsahibə əsasında razılaşdırılacaq
  • Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.

Göstərilən tələblərə cavab verən namizədlərdən bilik və təcrübədən asılı olaraq CV-lərini mövzu (subject) hissəsinə “Aparıcı hüquqşünas” yazaraq Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.