Korporativ satış üzrə mütəxəssis

  • Araz Supermarket
  • Elanın qoyulma tarixi: 28.07.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil;
  • Əlaqəli sahə üzrə minimum 1-2 il təcrübə;
  • Dil bilikləri – Rus dili mütləq, İngilis dili arzuolunandır;
  • CRM proqramları, MS Office (Exceldə işləmə bacarığı yüksək olmalıdır);
  • Yaxşı səviyyədə kommunikasiya bacarıqları,məsuliyyətlilik,analitik düşüncə tərzi,layihə idarəetmə bacarıqları:
  • Şəxsi avtomobil mütləqdir;               

Vəzifə öhdəlikləri:

  • Yeni korporativ müştərilərin axtarışını aparmaq, onları sistemə daxil etmək və ilkin təqdimat görüşlərini keçirmək;
  • Mövcud korporativ müştərilərlə müntəzəm əlaqə saxlayaraq onların ehtiyac və tələblərini öyrənmək;
  • Müştəri tələblərinə uyğun olaraq şirkətin məhsul və xidmətlərini təqdim etmək, fərdi təkliflər hazırlamaq;
  • Satış prosesinin bütün mərhələlərini - danışıqlar, müqavilə bağlanması, sifarişlərin emalı - izləmək və idarə etmək);
  • Müştəri məlumatlarının tam və düzgün daxil edilməsini təmin etmək, CRM sistemində müştəri profillərini və əlaqə tarixçəsini yeniləmək;
  • Müştəri sorğu və şikayətlərini vaxtında və operativ şəkildə həll etmək üçün müvafiq strukturlarla əlaqə yaratmaq;
  • Satış göstəricilərinə əsaslanaraq həftəlik və aylıq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Rəqiblər və bazar tendensiyaları barədə məlumat toplamaq və analiz aparmaq, satış strategiyalarını təkmilləşdirmək:
  • Müştəri məmnuniyyətinin artırılması üçün əlavə xidmətlərin və kampaniyaların hazırlanmasında iştirak etmək;

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 5 günlük iş qrafiki;
  • Servis xidməti mövcuddur

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Korporativ satış üzrə mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi