Analitik

İşin təsviri

Analitik

“KARTIM”  Proqramı haqda məlumat
“ KARTIM ” proqramının loyallığı pərakəndə biznes sahəsində liderlik edən tərəfdaşlar üçün nəzərdə tutulmuşdur. “KARTIM” kartından istifadə edən proqram iştirakçıları müxtəlif hədiyyələr qazana bilər. Bundan əlavə  “KARTIM” proqramının iştirakçıları Partnyor şəbəkələrində keçirilən kampaniyalar və aksiyalar zamanı bır sıra üstünlüklər əldə edə bilirlər.

Vəzifə öhdəlikləri

• Biznes planları təhlil etmək;
• Mövcud planların inkişafı məqsədilə yeni təklifləri işləmək;
• Analitikanı əsas kriteriyalara uyğun hazırlamaq;
• MS Office-də analitik hesabatları hazırlamaq;
• Şirkət fəaliyyətinin iqtisadi təhlili prosesində təklif və tövsiyyələri hazırlamaq;
• Partnyora təqdim etmək üçün aylıq və həftəlik hesabatları hazırlamaq;
• Hesabatların və məlumatların düzgünlüyünü yoxlamaq;
• Məlumatların hazırlanmasında düzgün yazı üslubunu seçmək;

Namizədə qoyulmuş tələblər

•    Tam ali təhsil; (texniki, iqtisad, marketinq,maliyyə təhsili )
•    20-35 yaşlarında kişilər və qadınlar;
•    Bu sahədə minimum 1-3 il təcrübə;

Tələb olunan bacarıqlar

•  Təhlil etmək bacarığı;
• Mükəmməl MS Office biliyi (xüsusilə MS Excel);
•  Dil biliyi (azərbaycan və rus dillərində sərbəst danışmaq, oxumaq, yazmaq);
•  İri həcmli məlumatları sistemli şəkildə təhlil etmək bacarığı;
•  İşgüzar ünsiyyət qurmaq bacarığı; 
•  İnsanlar arası münasibət qura bilmək;
•  Yüksək analitik təfəkkür, kreativlik;
•  Aktivlik, inkişafyönümlülük,əməksevərlilik, təşəbbüskarlıq

Yuxarıda sadalanan tələblərə ən uyğun namizədə “Baku Retail Partners”   MMC təklif edir:

• Maraqlı iş (Əmək haqqı müsahibənin nəticəsinə uyğun olaraq müəyyən edilir)
• Karyerada yüksəliş
•  Gənc və səmimi kollektiv  

Göndərilən məktubun Mövzu yerində “Analitik” sözünü qeyd edin.

E-mail: [email protected]