Satış üzrə nümayəndə (B2B, SaaS sektoru)

  • Clopos
  • Elanın qoyulma tarixi: 07.05.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Yerləşmə: Bakı (fiziki və/və ya uzaqdan iş imkanı)

Sektor: Texnologiya / POS / HoReCa / SaaS

Təcrübə: 2 il (üstünlükdür)

Əmək haqqı: Ə/H+bonus (ümumi aylıq gəlir 2500 AZN -dən çox təşkil edə bilir)

İş rejimi: Tam ştat / fleksibil qrafik

İşin Əsas Vəzifələri:

  • Horeca sektoruna yönəlmiş SaaS proqram təminatının satışının həyata keçirilməsi.
  • Potensial müştərilərin (hotel, restoran, kafe sahibləri) identifikasiyası və onlarla əlaqələrin qurulması.
  • Müştərilərə məhsulun üstünlüklərini və dəyərini effektiv şəkildə çatdırmaq.
  • Satış prosesinin bütün mərhələlərinin idarə edilməsi (ilk əlaqədən bağlanışa qədər).
  • Satış hədəflərinin yerinə yetirilməsi və hesabatların hazırlanması.
  • Mövcud müştərilərlə əlaqələrin saxlanılması və onların ehtiyaclarının öyrənilməsi.

Namizəddən Gözlənilən Tələblər:

  • İqtisadiyyat, biznes idarəetməsi, marketinq və ya əlaqəli sahələrdə təhsil.
  • SaaS, B2B və ya texnologiya satışı sahəsində ən azı 2 il təcrübə üstünlükdür.
  • Horeca sektoruna dair anlayış və təcrübə böyük üstünlükdür.
  • Satış və danışıq bacarıqları yüksək səviyyədə.
  • MS Office (xüsusilə Excel və PowerPoint) və CRM sistemləri ilə işləmə bacarığı.
  • Komanda işi və müştəri münasibətləri idarəetmə bacarığı.

Şirkətin Təqdim Etdiyi İmkanlar:

  • Rəqabətli əmək haqqı və bonus sistemi.
  • Peşəkar inkişaf üçün təlimlər və seminarlar.
  • Dinamik və gənc komanda ilə iş imkanı.
  • Fleksibil iş qrafiki və uzaqdan iş imkanı.
  • Tibbi sığorta və digər sosial üstünlüklər.

Müraciət qaydası:

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Satış üzrə nümayəndə” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.