Texniki istehsalat şöbəsinin rəhbəri
İş barədə məlumat:
-Görülən iş üzrə smetaların tərtib olunmasını təşkil etmək və nəzarət etmək;
-Smeta əsasında yerinə yetirilmiş aylıq tikinti-quraşdırma işlərinin aktlarının və forma №2-lərinin hazırlanmasını təşkil etmək və nəzarət etmək;
-Forma №2 əsasında texniki hesabatların tərtib olunmasını təşkil etmək və nəzarət etmək;
-Tikinti norma və qaydalarına əsasən normativ sənədlərin hazırlanması, texniki məzmunda olan məktubları və digər sənədləri hazırlamaq;
-Sifarişçi təşkilatın nümayəndəsi ilə əlaqəli işləməli və lazım gəldikdə texniki məsələləri həll etmək.
-Tikinti sahəsində lazım olan materialların həcminin vaxtında müəyyən olunmasına nəzarət etmək;
-İşin istehsal-təqvim planının işlənməsinə və onun yerinə yetirilməsinə nəzarəti təşkil etmək;
-Layihə sənədlərindən iş həcmlərinin çıxarılması, çıxarılmış iş həcmlərinin smetalaşdırılması;
-Aylıq planları və həftə-gün qrafiklərini razılaşdırmaq, istehsalat sahəsində material hesabatlarına, yerinə yetirilmiş işlərin qəbulu aktlarının tərtib edilməsinə nəzarət etmək, yerinə yetirilmiş işlərin reyestrini tərtib etmək və s.
Namizədə tələblər:
Təhsil - Ali təhsil
İş təcrübəsi - minimum 5 il
Yaş həddi -30-50
Cinsi - kişi
İş saatı - 900-1800
İş rejimi - 6 günlük
Kompyuter bilikləri - MS ofice, Word, Excell, AutoCAD
Dil bilikləri - Azərbaycan dilini mükəmməl səviyyədə, İngilis dilini orta səviyyədə bilmək
Komandada işləmək bacarığı
Nahar şirkət tərəfindən verilir
Əmək haqqı- 2000-2500 AZN
Sizi öz kollektivimizdə görməyə şad olarıq!
Maraqlananlar şəkilli cv-lərini mövzu yerinə Texniki istehsalat şöbəsinin rəhbəri qeyd edərək [email protected] ünvanına göndərə bilərlər.