Mühasib-auditor

İşin təsviri

İş barədə məlumat:

  • Maliyyə hesabatlarının auditini həyata keçirmək
  • Şirkətin daxili mühasibatlıq prosedurlarını yoxlamaq və mühasibat sənədlərinin düzgünlüyünü və tamlığını yoxlamaq.
  • Müəssisədə həyata keçirilən əməliyyatların Azərbaycan Respublikasının mövcud Əmək, Vergi və digər qanunvericiklərə uyğun təşkil olunmasına nəzarət etmək;
  • Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı)idarə edilməsi;
  • Əməliyyatların mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
  • Vergi bəyannamələrinin yoxlanılması və uyğunluq təmin edilməsi;
  • Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
  • ƏDV, Əmlak, ÖMV, Mənfəət, Vahid bəyannamələrinin və Statistika hesabatların hazırlanması, aidiyyatı orqanlara göndərilməsi.
  •  Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alış, satış və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək
  • Audit hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi.
  • Müəssisənin vergi risklərini hesablamaq və rəhbərliyə bu barədə hesabatları zamanında təqdim etmək;

Tələblər:

  • Ali təhsil (Mühasibatlıq, İqtisadiyyat, Maliyyə və ya əlaqəli sahələr üzrə).
  • Mühasibatlıq və audit sahəsində ən azı 3 il təcrübə.
  • Vergi qanunvericiliyi və mühasibat standartları haqqında yaxşı bilik.
  • Microsoft Office proqramlarında (xüsusən Excel) yüksək səviyyədə bilik.
  • PMS sertifikatı vacibdir;
  • Audit metodologiyaları və prosedurları üzrə bilik.
  • Güclü analitik düşünmə qabiliyyəti və detallara diqqət.
  • 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir;.
  • İdarəçilik, təşkilatçılıq, təqdim etmə və analtik düşüncə bacarıqlarına malik olmalı;
  • Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;
  • Yaş : 35 – 45

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, Keşlə qəsəbəsi
  • Əmək haqqı: 2500 – 3000 azn

Maraqlanan namizədlər Cv-lərini Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqədar şəxs: Kainat Qurbanova