Direktor

  • Expert Beton
  • Elanın qoyulma tarixi: 20.09.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Direktor 

Tэləblər:
∙  Ali-texniki  təhsil
∙  Istehsalatda 5 ildən az olmayaraq iş təcrübəsi
∙  Azərbaycan və rus dilləri, ingilis dilinə üstünlük verilir
∙  Kompüterdə işləmək bacarığı, istehsalat və mexanika sahəsinə aid proqram təchizatları barəsində ümumi anlayış
∙  İdarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq
∙  Güclü ünsiyyət və danışıq qabiliyyəti
 
Bilməlidir: 
∙  Əməyin mühafizəsinin qayda və normalarını
∙  Yuxarı orqanların və müəssisənin əsas profilinə aid olan digər təşkilatların qərar,sərəncam,əmr  və göstərişlərini
∙  Müəsisənin və sahənin texniki, iqtisadi və sosial inkişafı perespektivlərini
∙  Təsərrüfatçılıq və idarəetmə metodlarını
∙  İqtisadiyatın, istehsalın, əməyin təşkili və idarəolunmasını
 
Vəzifə öhdəlikləri:
· Müəssisənin strateji və əməlliyat planlarının hazırlanmasına rəhbərlik edilməsi və icrasına nəzarət.  
· Bütün müəssisəyə Korporativ İdarəetmə Standartlarına uyğun olaraq rəhbərlik edilməsi, onun siyasət və planının müəyyənləşdirilməsi və formalaşdırılması.
· Müəssisənin ümumi fəaliyyətlərinin istiqamətləndirilməsi və əlaqələndirilməsi.
· Müəssisənin digər müəssisə və qurumlarla (dövlət orqanları da daxil olmaqla) əlaqələrində iştirarak edərək, müqavilə bağlanmasında təmsil edilməsi.
· Beton zavodda bütün işçilərin, texnikanın təhlükəsizliyinə nəzarət.
· Texniki göstərişlərin düzgünlüyünə nəzarət.
· Betonların markalarına uyğun yığılmasına nəzarət.
· Texniki hesabatın aparılması.
· Bank köçürmələrinə nəzarət, gərəkli sənədlərin imzalanması
· Müəssisənin illik plan, proqram və büdcəsi üçün hədəflər müəyyənləşdirərək, bu hədəflər istiqamətində plan, program və büdcə hazırlanmasına rəhbərlik etmək.
· Departamentlərin təkliflərini qiymətləndirərək, təsdiq edilməsi və icrasına nəzarət etmək.
· Həm sistematik, həm də birdəfəlik xarakter daşıyan məlumatların departament müdirlərinə ötürülməsi.
 
Əmək haqqı: Təcrübəyə əsasən razılaşma yolu ilə müəyyən olunacaqdır. + zavodun Direktoru xalis mənfəətdən bonus qazanacaqdır.
 
CV-ləri [email protected] ünvanına vakansiyanızı qeyd edib göndərməyiniz xahiş olunur.

Expert Beton tərəfindən digər vakansiyalar