Baş Mexanik

  • Expert Beton
  • Elanın qoyulma tarixi: 31.05.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Baş Mexanik

Tələblər:

• Ali-texniki  təhsil
• Istehsalatda 5 ildən az olmayaraq iş təcrübəsi
• Azərbaycan və rus dilləri, ingilis dilinə üstünlük verilir
• Kompüterdə işləmək bacarığı, istehsalat və mexanika sahəsinə aid proqram təchizatları barəsində ümumi anlayış
• İdarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq
• Güclü ünsiyyət və danışıq qabiliyyəti
• Komandada işləmək bacarığı
• Təzyiq altında və dəyişkən iş qrafiki  ilə işləmək bacarığı

Vəzifə öhdəlikləri:

• Mexaniki avadanlıqların vaxtı-vaxtında təmirini və düzgün texniki istismarını təşkil etmək
• Mexanika xidməti sahəsində quraşdırılmış mexaniki avadanlıqların və nəqliyyat vasitələrinə təmir qrafiklərinin tərtib edilməsinə, sahənin işinin planlaşdırılmasına rəhbərlik etmək.
• Mexanika xidməti sahəsində mexaniki avadanlıqların, materialların, ehtiyyat hissələrinin sifarişini təşkil etmək, rekonstruksiya üzrə təklifləri hazırlamaq, yeni layihələrin texniki planını və tapşırıqlarını hazırlamaq
• Yeni mexaniki avadanlığın istismara verilməsində iştirak etmək, qəbul etmək və rəy vermək
• Xüsusi nəzarət tələb edən avadanlıqların vaxtı-vaxtında yoxlanılmasını təmin etmək
• Qəza hadisələrinin qarşısının alınmasına, təhlükəsiz iş rejiminin təşkil olunmasına dair tədbirlər planının hazırlanmasına rəhbərlik etmək

Əmək haqqı: razılaşma yolu ilə

CV-ləri [email protected] ünvanına vakansiyanızı qeyd edib göndərməyiniz xahiş olunur.

Expert Beton tərəfindən digər vakansiyalar