Operator

  • Expert Beton
  • Elanın qoyulma tarixi: 31.05.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Operator

Tələblər:

• Istehsalatda 5 ildən az olmayaraq iş təcrübəsi
• Azərbaycan və rus dilləri, ingilis dilinə üstünlük verilir
• Kompüterdə işləmək bacarığı, istehsalat və mexanika sahəsinə aid proqram təchizatları barəsində ümumi anlayış
• Punktuallıq, çalışqanlıq və icraçılıq
• Güclü ünsiyyət və danışıq qabiliyyəti
• Komandada işləmək bacarığı
• Təzyiq altında və dəyişkən iş qrafiki  ilə işləmək bacarığı

Vəzifə öhdəlikləri:

• Laboratoriya sexi ilə daim əlaqədə olaraq sementin narınlığının, səth normasının standartlara cavab verməsi üçün məsuliyyət daşınması;
• Hər növbənin sonunda gündəlik istehsal həcminin, istifadə olunan xammal, mal-materiallar və müxtəlif ləvazimatların sərfiyyatının yoxlanılması, hesablanması və  dəqiq hesabat sənədinin hazırlanması;
• Əlavələrin və gips materiallarının sementin markasından asılı olaraq faizlə miqdarının normaya uyğun olması üçün həmin materialların dəyirmanlara verilməsinin tənzimlənməsi;
• Dəyirmanın cari təmirində iştirak edilməsi;
• İş yerinin və avadanlıqların təmiz saxlanmasının həyata keçirilməsi;
• Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
• Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
• Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.

Əmək haqqı: razılaşma yolu ilə

CV-ləri [email protected] ünvanına vakansiyanızı qeyd edib göndərməyiniz xahiş olunur.

Expert Beton tərəfindən digər vakansiyalar