İnsan Resursları üzrə Analitik

  • Avrora
  • Elanın qoyulma tarixi: 28.02.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • İnsan Resurslarının İnformasiya Sistemindən, rəhbərliyin və əməkdaşların sorğularından, işdən çıxarılma zamanı müsahibələrdən və digər müxtəlif mənbələrdən də daxil olmaqla, verilənlərin toplayır və onların əsasında hesabatlar hazırlayır;
  • Verilənlərin toplanması nəticəsində hazırlanmış hesabatların nəticələrini vizuallaşdırır və rəhbərliyə təqdim edir, məlumat əsaslı qərarların qəbul edilməsini təmin edir;
  • Müxtəlif növ İR metriklərdən istifadə etməklə təhlillər aparır;
  • İşə qəbula, onbordinq praktikalarına, işçi bağlılığına, işçilərin performans göstəricilərinə, motivasiyaya və işçi axınına əsasən tendensiyalar və qanunauyğunluqlar istiqamətində verilənləri və statistik məlumatları təhlil edir;
  • İnsan Resurslarının İnformasiya Sistemin və departamentin fəaliyyətinə aid olan digər hesabatların müxtəlif mənbələrini təkmilləşdirir, avtomatlaşdırır və dövri monitorinqini aparır;
  • İR Departamentin cari prosedurlarını nəzərdən keçirir və təkmilləşdirir, iş proseslərinin təsviri və standartlaşdırılması üçün yeni sənədlər hazırlayır;
  • Şirkət səviyyəsində tətbiq olunan Performansın İdarəolunması Sistemin təşkilini və koordinasiyasını həyata keçirir;
  • İşin icrası zamanı şirkət tərəfindən təqdim olunan strateji məlumatların məxfiliyinin qorunmasını tam şəkildə təmin edir;
  • İR Departamenti tərəfindən həyata keçirilən layihələrinin ən qabaqcıl standartlara uyğun olmasını tətbiq və təbliğ etməsində iştirak edir.

Tələb olunan bilik və bacarıqlar:

  • Yüksək səviyyədə Power BI və Excel bilikləri;
  • Korporativ informasiya sistemləri (ESD və s.) ilə tanışlıq;
  • Problemləri həll etmə bacarığı;
  • Analitik düşüncə;
  • Komanda ilə işləmək bacarığı;

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali; 
  • İş təcrübəsi: Sahə üzrə min. 2 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, ingilis dili arzu olunandır.

İş şərtlərimiz:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş yeri : Aşıq Molla Cümə, 46C.
  • İş saatı: 09:00-18:00

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları;
  • Şirkət hesabına korporativ nömrə;

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları üzrə Analitik” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi