İnsan resursları üzrə mütəxəssis

  • Caspident
  • Elanın qoyulma tarixi: 27.01.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəliyi: 

  • Namizədlərin axtarışı və müsahibələrin keçirilməsi;
  • Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi və müvafiq sənədləşmənin təşkil edilməsi, bildirişlərin ƏMAS portalına daxil edilməsi;
  • Yeni işçilərin şirkətə uyğunlaşma prosesini (onboarding) səmərəli və rahat etmək.
  • İşdən çıxış (offboarding) proseslərini, o cümlədən işdən çıxış müsahibələrini və sənəd işlərini idarə etmək.
  • Məzuniyyətlərin, xəstəlik vərəqələrinin, ezamiyyət, intizam tənbehlərinin rəsmiləşdirilməsi;
  • Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət edilməsi;
  • Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması;
  • Əmrlərin hazırlanması və onların qeydiyyatının aparılması;
  • Performansın idarə edilməsi proseslərini yaratmaq və həyata keçirmək, o cümlədən məqsəd qoymaq və rüblük qiymətləndirmələr aparmaq.
  • İşçilərin motivasiyasını artırmaq üçün mükafatlandırma və tanınma proqramları hazırlamaq.

Tələblər:

  • Təcrübə: İnsan Resursları sahəsində minimum 5 il iş təcrübəsi;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsi və mövcud əmək qanunvericiliyi üzrə biliklər;
  • Kadr işinin təşkili, Əmas və hesabatların tərtib edilməsinə dair biliklər;
  • Sertifikatlar (Üstünlükdür): PHR/SPHR, SHRM-CP/SHRM-SCP və ya oxşar sertifikatlar.

İş şəraiti:

  • İş qrafiki: 5 günlük 
  • İş saatı: 09:00-17:00

Maraqlanan namizədlər CV və sertifikatlarını elektron poçt ünvanına göndərə bilərlər. Mövzu sətrində "İnsan Resursları Meneceri - [Adınız]" qeyd edin.