Satış təmsilçisi / İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi / Marketinq və pərakəndə satış sektoru

  • AzerGold CJSC
  • Elanın qoyulma tarixi: 13.01.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Mağazaya daxil olan müştərilərin qarşılanması və məhsulların təqdimatı;
  • Alış / satış proseduru və qiymətlərin formalaşması üsulunun müştərilərə izah edilməsi;
  • Onlayn sifarişlərin idarəolunması (izlənilməsi, emalı, yönləndirilməsi, zəruri dəstəyin göstərilməsi və s.);
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq satışın müvafiq qaydada uçotunu təşkil etmək;
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq məhsulların vitrinlərə müvafiq qaydada yerləşdirilməsini təmin etmək;
  • Satışın artırılması və müştəri məmnuniyyətinin təmin edilməsi;

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Dil bilikləri: Azərbaycan dili səlis, Rus dili əla, İngilis dili arzuolunandır;
  • Microsoft Office proqramında işləmə bacarıqları;
  • Korporativ ünsiyyət, əməkdaşlıq, məsuliyyətlilik, gülərüz, nizam-intizam, təşəbbüskarlıq, stresə davamlı, problemhəlletmə ;
  • İşgüzar yazışma qaydalarını bilməlidir;

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil arzuolunandır;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;

İş qrafiki:

  • Əməkdaşın iş qrafiki gündə 4 saatdan, həftə ərzində isə 20 saatdan çox olmamaq şərtilə 5 gündür.

Əmək haqqı və əlavə imtiyazlar:

  • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
  • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
  • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
  • Nəqliyyat xidməti.
  • Rəqabətli mükafatlandırma sistemi.

İşəgötürənin reytinqi