Satınalma üzrə mütəxəssis

  • AMOTRADE MMC
  • Elanın qoyulma tarixi: 25.12.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Satınalma işlərinin təşkili;
  • Bazar tendensiyalarının təhlili və şirkətin müxtəlif meyvələrə tələbinin proqnozlaşdırması;
  • Rəqabətli qiymətlərlə keyfiyyətli meyvələr təqdim edə bilən potensial təchizatçıların tapılması və qiymətləndirilməsi, qiymət analizinin aparılması;
  • Həftəlik, aylıq, rüblük hesabatların hazırlanması;
  • Verilmiş sifarişlərin hazırlanması, logistika və müvafiq sənədlərin əldə edilərək vaxtında təqdim edilməsi;
  • Meyvələrin tədarükçülərdən anbarlara və ya pərakəndə satış yerlərinə daşınmasının əlaqələndirilməsi;
  • Potensial risklərin müəyyən edilməsi və onları azaltmaq üçün strategiyaların hazırlanması;
  • Satınalma fəaliyyətləri, performans göstəriciləri və yüksək rəhbərlik üçün xərclərə qənaət haqqında müntəzəm hesabatların hazırlanması;
  • Rəhbərliyin aidiyyatı üzrə digər tapşırıqlarının icrası.

Tələblər:

  • Müvafiq sahə üzrə iş təcrübəsi
  • Microsoft Office proqramları (xüsusən Excel yaxşı səviyyədə) işləmək bacarığı
  • Rus dili və İngilis dili (minimum B1 səviyyə)

İş şəraiti:

  • 6 günlük iş qrafiki
  • Qidalanma şirkət tərəfindən qarşılanır
  • Əmək haqqı razılaşma əsasında
  • Ünvan: Bakı, Qaradağ, Lökbatan qәsәbәsi

Yalnız göstərilən tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.