İşin təsviri
Vəzifə öhdəlikləri:
- Hotelin satınalma təlimatları və nizamlamaları əsasında mal və avadanlıqların, xidmətlərin alınması üçün məsuliyyət daşıyır;
- Mal və əşyaları, lazım olan xidmətləri optimal qiymətə, lazım olan keyfiyyətdə və həcmdə və lazım olan vaxtda satın alır;
- Büdcə gerçəkləşmələri və smeta hesablamaları standartlarının daha yüksək səviyyəyə və təsərrüfat fəaliyyəti üzrə normativ-texniki sənədlərə uyğunlaşdırılması məqsədi ilə şöbə başçılarına məsləhətlər verir;
- Ehtiyac yarandığı halda mal və materialları otelin maliyyə vəziyyətini, cari fəaliyyətini və müştərilərin sayına aid proqnoz və planları nəzərə alaraq sifariş edir;
- Sistem üzərindən sifarişləri, bronları, material ehtiyatının minimal ehtiyatını və mövcud material ehtiyatını idarə etmək, formalaşdırmaq məqsədilə istifadə edir;
- Tələb olunan qaydada malların alınması tələblərini müəyyən edir;
- Tədarükçü şirkətlərlə görüşlərdə iştirak edir;
- Yerli tədarükçüləri ilə iş münasibətləri yaradır və ünsiyyət dərəcəsini müəyyən edir;
- Çatdırılma və təchiz etmə vasitəsi ilə sifarişləri vaxtında və aşağı qiymətlərlə təmin edir;
- Malların alınması üzrə izləmə sistemini təmin edir;
- Vahid müqavilə bəndləri üzrə qiymətləri təsdiq edir;
- Alınmış bütün məhsulların vahid standartlara müvafiq olduğunu müəyyən etmək və əgər məhsullar bu standartlara cavab verməzlərsə, bu halları bərpa edir;
- Təlim iştirakçılarına satınalma sistemi haqqında ətraflı məlumat vermək və onlar üçün iş saatlarında şöbə daxilində gəzinti təşkil edir;
Namizədə tələblər:
- Ali təhsil;
- Təchizat sahəsində azı 5 il iş təcrübəsi;
- Daxili qayda və prosedurlara riayət etmə;
- ERP sistemlər, MS Office proqramları üzrə yüksək səviyyədə biliklər;
- Dil bilikləri: Azərbaycan dili, İngilis dili , Rus dili
İşçinin təminatları:
- Dünyanın məşhur hotel brendlərində təcrübə qazanmış peşəkar kollektivdə iş imkanı;
- TABIA Group MMC-nin tabeliyində olan çoxsaylı hotellərdə və SPA mərkəzlərində maksimal endirim imkanı;
- Təlim və inkişaf proqramlarında iştirak imkanları;
- Könüllü tibbi sığorta
- Şirkət tərəfindən nahar,nəqliyyat və yaşayış yeri təminatı;
İşə müraciət üçün elektron poçt ünvanımız aşağıda qeyd edilib.
CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Sadəcə vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.