Mühafizəçi

İşin təsviri

Şirkətin adı: “Azərbaycan Fibro Cement” MMC

Vəzifə: Mühafizəçi 

“Synergy Group” ASC haqqında:

2010-cu ildə təsis edilən "Synergy Group" ASC Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərdən biridir. "Synergy Group" ASC yüksək inkişaf potensiallı strateji sənaye sahələrinə sərmaye qoyur və həmin sahələrin müasir beynəlxalq tələblərə uyğun inkişafına çalışır. "Synergy Group“ 28 müxtəlif inkişaf yönümlü şirkətdən ibarətdir. Qrupda ümumilikdə 1100-dən çox müxtəlif profilli mütəxəssis çalışır. "Synergy Group"-un çox-sektorlu investisiya portfeli inşaat və tikinti materiallarının istehsalı, turizm, İKT, istehsalat və kənd təsərrüfatı sahələrə iri yatırımlardan ibarətdir. "Synergy Group"-a daxil olan şirkətlərin böyük əksəriyyəti Bakıdan kənarda yerləşməklə Azərbaycanda regionların sosial iqtisadi inkişafına öz töhfəsini verir. "Synergy Group" ASC-nin investisiya strategiyası investisiya qoyulan sahələrin uzunmüddətli inkişafı və qoyulan sərmayələrin yüksək rentabelliyinin təmin edilməsinə əsaslanır.

Tələblər:

• 1 ildən az olmayaraq müvafiq iş təcrübəsi;
• Azərbaycan və rus dilləri;
• Təzyiq altında və dəyişkən iş qrafiki  ilə işləmək bacarığı;
• Ünsiyyət qurmaq bacarığı, təcili sürətdə şəraiti qiymətləndirərək uyğun qərar vermək;
• Şəxsi keyfiyyətləri : ciddi, məsuliyyətli, çalışqan, nizam-intizamlı.

Vəzifə öhdəlikləri:

• Mühafizə postunda avadanlıqları və digər inventarı  yoxlamaq və qəbul etmək. Çatışmamazlıqlar haqqında rəhbərliyə xəbər vermək;   
• Azərbaycan Fibro Sement zavodunun ərazisində ona təhkim olunmuş obyektlərin, avadanlıqları və mal – materialların mühafizəsini təşkil etmək;
• Azərbaycan Fibro Sement zavoduna daxil olan və zavodun ərazisini tərk edən şəxslərin sənədlərini yoxlamaq və mal – materialların obyektə daxil və ya xaric olunmasına nəzarəti təmin etmək;
• Rəhbərlik tərəfindən təsdiq olunmuş qayda və sənəd nümunələrinə əsasən obyektin işçilərini və qonaqları əraziyə və ərazidən buraxmaq;
• Azərbaycan Fibro Sement zavodunun qorunmasını, qıfılların və başqa kilidləmə vasitələrinin mövcudluğunu, mal – materialların və vəsaitlərin salamatlığını yoxlamaq;
• Azərbaycan Fibro Sement zavodunun ərazisinə şübhəli şəxslərin (içkili və ya narkotik maddələrin təsiri altında olan) daxil olmasının qarşısını almaq və belə hallar barəsində rəhbərliyə məlumat vermək;
• Azərbaycan Fibro Sement zavodunun ərazisində oğurluq hallarının qarşısını almaq üçün tədbirlər görmək;
• Azərbaycan Fibro Sement zavodunun ərazisindən avadanlıqların, mexanizmlərin və mal – materialların qanunsuz çıxartmağa cəhd göstərən və ya qanun pozuntusunda şübhəli olan şəxsləri saxlamaq və rəhbərliyi xəbərdar etmək;
• İşəgötürən tərəfindən təsdiq edilən daxili nizam – intizam qaydalarına riayət etmək;
• Azərbaycan Fibro Sement zavodunun ərazisinə podratçı təşkilatlar tərəfindən gətirilən və obyektdən çıxarılan avadanlıqları, mexanizmlərin, mal – materialların əvvəlcədən təqdim olunmuş siyahı əsasında yoxlanılmasını təmin etmək;
• Təhlükəsizlik texnikası qaydalarına ciddi riayət etmək;
• Azərbaycan Fibro Sement zavodunun ərazisində quraşdırılmış mühafizə və yanğından mühafizə siqnalizasiyası qurğularının işinə nəzarət etmək;
Azərbaycan Fibro Sement zavodunda yanğın baş verdiyi hallarda yanğın ocağının miqyasını müəyyən edib  tədbirlər görmək.

Göstərilən tələblərə cavab verən  namizədlərdən şəkilli CV-lərini mövzu yerinə “Mühafizəçi” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Fibro Cement LLC (Synergy Group) tərəfindən digər vakansiyalar