İşin təsviri
Vəzifənin əsas öhdəlikləri hansılardır?
- İşçi heyətini ofis avadanlıqları, təchizatı, kommunikasiya və digər vasitələrlə təmin etmək;
- Kredit üçün müraciət edən müştərilərin müvafiq əməkdaşlara yönləndirilməsini təşkil etmək;
- Filiallardakı kredit müqavilələrinin təşkilatın prosedur və təlimat tələblərinə uyğun olaraq hazırlanıb, Baş ofisə göndərilməsini təmin etmək;
- Sənədlərin fiziki olaraq toplanmasını və tamlığını təşkil və təmin etmək;
- Ofisin təhlükəsizlik işlərinin təşkilinə nəzarət etmək, qoyulmuş təhlükəsizlik qaydalarına və normalarına əməl edilməsini təmin etmək;
- Tələb olunduqda təyinati FINCA Azerbaijan ofisinə gələn və ya oradan gedən heyət üzvləri və ya qonaqlar üçün lojistik işlərin təşkilini həyata keçirmək;
- Region daxilindəki filial ofislərində müvafiq əməkdaşlar ilə əlaqəli şəkildə işləyərək həmin ofislərdə inzibati işlərlə bağlı məsələlərin həllinə dəstək göstərmək;
- Tələb olduqda, gündəlik iş prosesində rəhbəri tərəfindən tapşırılan digər inzibati tapşırıqları yerinə yetirmək;
Tələblər
- Ali təhsil və ya Orta ixtisas (kollec) təhsili
- İnzibati işlər və ofis işlərinin tənzimlənməsində ən azı 1 illik iş təcrübəsinin olması
- MS Office proqramlarından (MS Word, MS Excel, MS Outlook) sərbəst şəkildə istifadə etmək bacarığı;
- Xidmət yönümlü olmaq –həmkarlarına və ofisə müraciət edən şəxslərə aktiv şəkildə köməklik etməyə səy göstərmək
- Yüksək keyfiyyətdə şifahi və yazılı ünsiyyət bacarığı, məlumatları effektiv şəkildə çatdırmaq üçün digərləri ilə danışmaq və əlaqə qurmaq qabiliyyəti
- Əlaqələndirmə – öz fəaliyyətlərini digər əməkdaşların və kənar tərəfdaşların fəaliyyətləri ilə uyğunlaşdırmaq bacarığı
- Təşkilat daxilində şəxslərarası məhsuldar ünsiyyəti qurmaq və qoruyub saxlamaq bacarığı
- İşində düzgünlüyə və təfərrüatlara diqqət yetirmək
- Müştərilərlə davranış etikası qaydalarına əməl etmək
- Dil Bilikləri: Səlis Azərbaycan dili bilikləri, fikirlərini şifahi və yazılı olaraq dəqiq və aydın ifadə etmək bacarıqları;
Vakansiya haqqında
- Son tarix dekabr 17, 2024
- Paylaşılıb dekabr 4, 2024
- Vakansiya növü Tam ştat