Aktiv satış fəaliyyətlərinin təşkili və potensial müştərilərin cəlb edilməsi;
Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqələrin qurulması;
Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə təqdim etmək və rəsmiləşdirmək;
Yeni kredit məhsulları və satış metodları ilə bağlı təşəbbüskarlıq göstərmək;
Müştərilərə operativ xidmət göstərmək, uzunmüddətli əməkdaşlıq üçün şərait yaratmaq və daxil olan şikayətləri operativ şəkildə həll etmək;
Kredit analiz müraciətlərinin vaxtında icrası və kreditləşmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.
Tələblər:
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
Ali və ya natamam ali təhsil;
Fərdi və komanda şəklində işləmə bacarığı;
Kişi namizədlərə üstünlük verilir (arzuolunandır);
Bank, bank olmayan kredit təşkilatları və ya lombardlarda kredit mütəxəssisi kimi təcrübəyə malik olan namizədlərə üstünlük verilir;
Yüksək ünsiyyətqurma bacarığı və müştərilərlə işləmək qabiliyyəti;
Microsoft Office proqramlarında (Word, Excel) işləmə bacarığı.
İş Qrafiki və Təkliflər:
İş günləri: Bazar ertəsi - Cümə, saat 09:00 - 18:00;
Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir;
Əlavə olaraq əməkhaqqının iki misli qədər bonus qazanmaq imkanı.
Müraciət Qaydası:
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini "Kredit üzrə mütəxəssis (Astara və ya Lənkəran filialı qeyd etməklə)" başlığı ilə elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd:
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.