Satış məsləhətçisi üzrə təcrübə proqramı

  • GL ASC
  • Elanın qoyulma tarixi: 28.12.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İmtahan nəticələrinə əsasən:

  • Namizədlərə tam ştat və ya yarımştat Satış məsləhətçisi kimi işə qəbul olunma imkanı təqdim olunur.
  • Yarımştat Satış məsləhətçisi olaraq işə qəbul olunan namizədlərin tam ştat vahidinə keçməsi üçün minimum müddət 1 ay, maksimum müddət isə 3 ay olaraq müəyyən edilmişdir.

Təkliflərimiz:

  • Tam ştat üçün başlanğıc əmək haqqı: 400 AZN, əlavə olaraq 800 AZN-ə qədər bonus qazanmaq imkanı.
  • Yarımştat üçün başlanğıc əmək haqqı: 200 AZN, əlavə olaraq 300 AZN-ə qədər bonus qazanmaq imkanı.

Öhdəliklər:

  • Təlimlərdə aktiv iştirak etmək
  • Təlim zamanı öyrənilənləri mənimsəmək və tətbiq etmək
  • Təlimçi və mentorla interaktiv işləmək
  • Satış üzrə nəzəri və praktiki bacarıqları inkişaf etdirmək

Tələblər:

  • Təhsilini tam başa vurmuş şəxslər (magistr təhsili alan tələbələr istisna təşkil edir)
  • Karyerasını maliyyə sektorunda qurmaq istəyənlər
  • Öyrənməyə açıq olmaq
  • Hədəflərlə işləməyi bacarmaq
  • Pozitiv ünsiyyət bacarığı
  • Komandada işləməyə meyilli olmaq

Sizə nə vəd edirik:

  • Peşəkar təlimçilərdən müasir satış üsullarını öyrənmək imkanı
  • Təcrübəçilərə yaşadıqları ünvana yaxın filiallarda təcrübə proqramında iştirak etmək imkanı
  • Maliyyə yönümlü ilkin biliklərin qazanılması
  • Bank və BOKT məhsulları haqqında ümumi məlumatların öyrədilməsi
  • Əmək haqqı + bonus

Maraqlanan şəxslər CV-lərini “Təcrübə Proqramı (Satış məsləhətçisi – müvafiq region üzrə)” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.

Ünvan: AZ1134, Bakı şəhəri, Asif Məhərrəmov küçəsi 22A

Əlaqə nömrəsi(+994 51) 206 69 05