İşin təsviri
Vəzifə öhdəlikləri:
- Daxil olan zənglərin və online sorğuların operativ şəkildə cavablandırılması
- Müştərilərlə biznes etikası standartlarına uyğun olaraq (mehriban, təmkinlə, səbrlə və s.) ünsiyyətin qurulması
- Şirkətin xidmətləri haqqında müştərilərə ətraflı məlumatın təqdim olunması
- Müştərilərin istək və şikayətlərinin qeydə alınması və müvafiq şöbəyə yönləndirilməsi
- Müştərilərin balansla bağlı yaranmış çətinliklərinin həll edilməsi
- Şirkətin rayonlar üzrə nümayəndələrindən daxil olan sorğuların operativ şəkildə cavablandırılması
- Rəhbər tapşırıqlarının vaxtında və keyfiyyətli icra edilməsi
- Abonentlərə aid bilgilərin məxfiliyinin qorunması
Tələblər:
- Telefon mərkəzində iş təcrübəsi vacibdir
- Dil biliyi: Azərbaycan dili ( səlis danışıq qabiliyyəti ), Rus dili
- MS Office proqramları ilə işləmək bacarığı
- Problem həlletmə bacarığı
- Stressə davamlılıq
- Komanda ilə işləmək bacarığı
İş qrafiki: 6 günlük ( həftə ərzində 40 saat )
Əmək haqqı – 600 AZN (+ yemək xərci / ödəniş - Əmək məcəlləsinə uyğun axşam, gecə saatları və bayram günləri)