Online satış üzrə mütəxəssis

  • AzProduct
  • Elanın qoyulma tarixi: 12.11.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Sosial media platformalarında (Instagram, Facebook və s.) balıq məhsullarımızla bağlı cəlbedici postlar və videolar hazırlamaq
  • Müştərilərlə sosial media və onlayn çat vasitəsilə əlaqə qurmaq, onları məhsullar haqqında məlumatlandırmaq və məhsul seçimində köməklik göstərmək
  • Müştərilərlə onlayn yazılı ünsiyyət qurmaq
  • Müştərinin tələbatının öyrənmək, məhsullar haqqında ətraflı və dolğun məlumat vermək
  • Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək
  • Müştəri sifarişlərini qəbul etmək, ödəniş və çatdırılma prosesini təşkil etmək
  • Müştəri suallarını, xüsusi sifarişlərini və şikayətlərini operativ şəkildə həll etmək
  • Məhsul təsvirlərinin və qiymətlərinin veb səhifələrdə və e-ticarət platformalarında yenilənməsini həyata keçirmək
  • Satış göstəricilərinin təhlili, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
  • Satış performansını artırmaq üçün yeni ideyaların irəli sürülməsi və tətbiqi.

Tələblər:

  • E-ticarət və onlayn satış üzrə ən azı 1 il iş təcrübəsi.
  • Rəqəmsal marketinq vasitələri üzrə biliklər.
  • Yaxşı ünsiyyət bacarıqları və müştərilərlə işləmə təcrübəsi.
  • Rəqəmsal satış platformaları və sosial media ilə işləmək bacarığı.
  • Analitik düşüncə və problem həll etmə qabiliyyəti.
  • Komanda ilə işləmək bacarıqları.
  • Təşəbbüskar, məsuliyyətli və çevik olmaq
  • Azərbaycan dilini yaxşı səviyyədə bilməli. Rus və ya ingilis dillərini bilmək üstünlük təşkil edir.

Təklif edirik:

  • 6 günlük iş rejimi
  • Əmək haqqı 800 + satışa bağlı faiz
  • Şirkət tərəfindən naharla təmin edilmə
  • Ünvan: Bakı ş. Babək pr.74

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Online satış üzrə mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərmələri xahiş olunur.