Tikinti və ümumi alışlar üzrə Satınalma mütəxəssisi

  • Avrora
  • Elanın qoyulma tarixi: 04.11.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas Vəzifə Öhdəlikləri:

  • Satınalma tələblərini qəbul edir və təmin edir;
  • Tələb olunan mallar üzrə sifarişləri hazırlayır;
  • Bazarın təhlil edir, tələb olunan materialları yerli və xarici bazarda araşdırır;
  • Şirkəti mal-material və avadanlıqlarla təmin edir;
  • Tədarükçülərlə işgüzar yazışma və danışıqları aparır;
  • Tədarükçülərlə münasibətlərin idarə edir;
  • Qiymət araşdırılması, tenderlər və kotirovka sorğularını həyata keçirir;
  • Müqavilələri hazırlayır və nəzarətdə saxlayır, müqavilədə kommersiya şərtlərinin müəyyən olunmasına nəzarət edir;
  • Struktur daxili müfaviq hesabatları hazırlayır.

Tələb olunan bilik və bacarıqlar:

  • Analitik düşüncə;
  • Yüksək kommunikasiya bacarığı;
  • Tədarük proqramları və alətləri (məsələn, ERP sistemləri, e-sourcing platformaları);
  • Bazar dinamikaları, təchizatçı mühiti və inşaat sahəsində təcrübə;
  • Problem həll etmə bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Biznes idarəçiliyi, Tədarük zənciri idarəçiliyi, maliyyə və ya əlaqəli sahələrdə ali təhsil(magistr dərəcəsi və ya MBA üstünlükdür)
  • İş təcrübəsi: Müvafiq sahə üzrə min 1-3 il

İş şərtlərimiz:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş yeri : Aşıq Molla Cümə 46 C.
  • İş saatı: 09:00-18:00

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları;
  • Şirkət hesabına korporativ nömrə .

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Tikinti və ümumi alışlar üzrə Satınalma mütəxəssisi” yazaraq qeyd edilmiş elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi